Mayın 28-də, yəni mübarək Müstəqillik günündə təşkil olunmuş Laçın Zirvə görüşündə, Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə cumhur başqanı Rəcəb Tayib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bəyanatları, hər üç dövləti səmimi və sağlam münasibətləri qürur doğuran hallardır. Bu da səbəbsiz deyildir, üç ölkə arasında qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkələrimiz üçtərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Çünki Azərbaycan, Türkiyə və Pakistan əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlıdır. Pakistan ilə Hindistan arasında baş verən gərginliyin atəşkəslə nəticələnməsindən məmnunluq duyduğumuzu ifadə etmək istəyirəm. Bu proses müddətində nümayiş etdirdiyi təmkinli və qətiyyətli mövqeyinə görə Şahbaz qardaşımızı və Pakistan rəsmilərini bir daha təbrik edirəm. Arzumuz elan olunan atəşkəsin davamlı sülhə çevrilməsidir. ölkələrimiz Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşir. Coğrafiyamızda və onun hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzəyik. Bu çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət məqsədimizin inkişaf etdirilməsini bir seçim deyil, zərurət olaraq görürük. Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir. Eyni zamanda, beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik. Bir daha qeyd edəm ki, bölgəmizdə baş verən hadisələr ölkələrimiz arasındakı həmrəyliyin nə qədər vacib olduğunu gündən-günə daha aydın şəkildə göstərir. Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının azad olunması ilə artıq bölgənin sabitlik, rifah və inkişaf mərkəzinə çevrilməsini arzulayırıq. Bu gün səhər açılışını etdiyimiz Laçın Hava Limanının bölgənin uzun illərdən bəri həsrət qaldığı inkişafa və dünya ilə inteqrasiyasına mühüm töhfə verəcəyinə inanıram. Laçın Zirvə görüşü həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Möhkəm əminəm ki, zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcək.Vahid Mirzəyev,Cəlilabad şəhər bələdiyyəsinin sədri
Oxşar Xəbərlər
Şanlı zəfərin təcəssümü – 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Biz – bu torpaq uğrunda həyat yoldaşlarını və övladlarını şəhid vermiş ailələr hər il Kəlbəcər şəhəri gününü xüsusi qürur və kövrəkliklə qarşılayırıq. Kəlbəcər bizim üçün hər qarışı şəhid qanı ilə yoğurulmuş müqəddəs bir əmanətdir. “Kəlbəcər” toponimi qədim türk dilində “çay üstündə qala” deməkdir. Bu qədim diyar minilliklər boyunca türk mədəniyyətinin, atəşpərəstliyin, xristianlığın və VII əsrdən […]
“Çekə baxın, bunu gördünüzsə, dərhal xəbər edin” – Əhaliyə XƏBƏRDARLIQ
“Araz Supermarket” üzərində göstərilən qiymətdən baha məhsul satdığına görə cərimələnib. Antiinhisar Agentliyi şirkət barəsində inzibati xəta protokolu tərtib edib. Qeyd edək ki, bu kimi hallarla supermarketlərdə tez-tez rastlaşırıq. Bəs istehlakçı belə problemlə qarşılaşanda nə etməlidir? Mövzu ilə bağlı xeberde.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, müasir supermarketlər şəbəkəsində rəftə qiymətin adətən aşağı olması, […]
Azərbaycan tarixində qadınların rolu.
Azərbaycan xalqının tarixində qadınların rolu həmişə böyük və əvəzsiz olmuşdur. Tarixin bütün dövrlərində Azərbaycan qadınları yalnız ailənin və cəmiyyətin dayağı kimi deyil, həm də Vətənimizin müdafiəsində, dövlət quruculuğunda, siyasətdə və mədəniyyətin inkişafında fəal iştirak etmişlər. Onlar öz müdrikliyi, cəsarəti və vətənpərvərliyi ilə xalqımızın tarixində silinməz iz qoymuşlar. Azərbaycan qadınının qəhrəmanlıq və igidlik ənənələri xalq […]


