Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafından danışarkən mütləq şəkildə iki lider arasında formalaşmış şəxsi münasibətlərdən də danışmaq lazımdır. Təsadüfi deyil ki, son 5 ildə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev isə həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər həyata keçirib. Bu məqam Azərbaycan-Özbəkistan münasibətlərinin əhəmiyyətini daha da artırır. Çünki Özbəkistan Mərkəzi Asiyanın ən böyük əhalisinə və mühüm iqtisadi potensialına malik ölkələrindən biridir. Azərbaycan isə Cənubi Qafqazın nəqliyyat və enerji imkanlarını Mərkəzi Asiyanın resursları və bazarları ilə birləşdirən əsas ölkələrdən biridir.
Başqa sözlə, iki ölkənin coğrafiyası onları bir-birindən uzaqlaşdırsa da, geosiyasi və iqtisadi maraqları əksinə, yaxınlaşdırır. İki ölkənin yaxınlaşmasının başqa bir mühüm məqamı Türk Dövlətləri Təşkilatıdır. Bakı və Daşkənd təşkilatın gələcək rolunun müəyyənləşməsində maraqlıdır. TDT-nin siyasi və iqtisadi imkanlarının genişləndirilməsi, türk dünyası daxilində nəqliyyat əlaqələrinin gücləndirilməsi Azərbaycan və Özbəkistanın maraqlarının ciddi şəkildə üst-üstə düşdüyü istiqamətlərdəndir. Azərbaycan-Özbəkistan münasibətlərinə yalnız ikitərəfli əlaqələr, ya da sırf siyasi prizmadan baxmaq kifayət etmir. Bu münasibətlər Xəzər dənizini Mərkəzi Asiyaya, Mərkəzi Asiyanı Qafqaza, Qafqazı isə Avropaya bağlayan daha böyük geosiyasi və iqtisadi mənzərənin bir hissəsinə çevirib. Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu gücləndirməsi, Özbəkistanın isə bu bağlantılarda daha fəal iştirak etməsi iki ölkənin qarşılıqlı maraqlarını daha da artırır.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İnvestisiya münasibətlərinin ayrıca institusional mexanizmlə dəstəklənməsi iki ölkənin iqtisadi əlaqələrini daha sistemli mərhələyə keçirir. Burada əsas məsələ mövcud potensialın yeni layihələrə çevrilməsidir.
Bu gün Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat imkanları və Avropa istiqamətində bağlantıları Özbəkistanın iqtisadi və regional potensialı ilə birləşir. Tarixi yaxınlıq isə bu əməkdaşlığın siyasi və ictimai əsasını möhkəmləndirir. Məhz buna görə Bakı-Daşkənd münasibətlərinin gələcək inkişafı yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının və Avrasiya məkanının geosiyasi mənzərəsinə təsir edə biləcək proses kimi qiymətləndirilə bilər.
Ələsgər Mirzəzadə,
ADPU Cəlilabad filialında baş müəllim, tarixçi tədqiqatçı
Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. xeberde.az xəbər verir ki, Əfv Sərtəncamı 200-dan çox şəxsə şamil olunub. Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik […]
Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının lideri Əfqanıstanın Ali Lideri Heybətullah Axundzadə hərəkat üzvlərinə və dövlət qulluqçularına smartfonlardan istifadəni qadağan edib. xeberde.az xəbər verir ki, bu barədə iyunun 8-də “Afghanistan International” telekanalı müvafiq sənədə istinadən məlumat yayıb. Bildirilir ki, qərarın hüquqi əsaslandırması olsa da, Axundzadənin göstərişi şifahi formada verilib. Sənəddə yeni qaydanı pozan şəxslər cinayətkar kimi təsvir edilir və […]
Prezident İlham Əliyevin 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı verdiyi bəyanatda deyilir: Biz Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, o, xüsusən də indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən […]