Cəmiyyət

Hər iki ölkə bütün məsələlərdə yekdildir

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

             Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik bizim üçün də zəruridir. Almaniya və Avropa İttifaqı həmin geosiyasi baxımdan bu mühüm bölgədə davamlı dincliyə nail olmaqda çox maraqlıdırlar. Bu səbəbdən, cənab Prezident, biz Sizi Almaniyada salamlamaqdan xüsusi olaraq məmnunuq. Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasına nail olmağınız münasibətilə Sizi təbrik edirik. Bu, tarixi razılaşmadır. Onilliklərlə davam etmiş münaqişəni onun sayəsində aradan qaldırmaq fürsəti yaranır. Alman və Avropa perspektivindən nəyi edə bilsək, bundan şad olarıq.

          Azərbaycanın sərmayə proqramına aid təklifinə gəldikdə konstruktiv müzakirələr aparırıq. Bu proqram Azərbaycanda fəaliyyət göstərən alman şirkətləri üçün yeni imkanlar aça bilər. Cənubi Qafqazın Avropa ilə Asiya arasında körpü kimi əhəmiyyəti də artır. Yeni nəqliyyat və ticarət dəhlizləri birgə istifadə etmək istədiyimiz iqtisadi potensialı yaradır. Cənab Prezident, bildiyiniz kimi, kiçik və orta müəssisələr üçün uzun məsafədə sərmayə yatırmaq çox zaman asan olmur. Yerlərdə münasib çərçivə şərtləri hər zaman olduqca vacibdir.

          Möhtrəm Prezidentimiz cənab  İlhm Əliyev vurğuadı ki,  bölgədə daha böyük sabitlik ölkələrimiz arasında iqtisadi sahədə də geniş əməkdaşlıq üçün yeni imkanlar yaradır. Çox şadam ki, ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf edir. 2025-ci ilin yazında Prezident Ştaynmayer Azərbaycana səfər etmiş ilk alman dövlət başçısı oldu. Bu il, həmçinin parlamentlərimiz arasında intensiv mübadilələr oldu. Bu gün Birgə Bəyannaməni imzalamaqla biz ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsinin təməl daşını qoyduq. Həmçinin mərasim zamanı Siz də şahidi oldunuz, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ilə bağlı razılıq əldə edildi.

                                                                                Rahib Kərimov,

       Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir