Hələ müstəqillik əldə etməzdən əvvəl Azərbaycan xalqının rastlaşdığı başlıca çətinliklərdən biri bu idi ki, Ermənistanın hərbi təcavüzünə məruz qaldı. Belə bir zamanda bütün xalqı öz ətrafında səfərbər edə biləcək şəxsiyyətin respublika rəhbərliyində olmaması Azərbaycanda toplanmaqda olan hərbi qüvvələri də güclü böhran qarşısında qoydu və ölkənin müstəqilliyinin məhvi təhlükəsi yarandı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri əvvəlcə Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhaliyə qarşı soyqırımı tətbiq etdilər, sonra isə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların işğalına başladılar.
2020-ci ilin 27 sentyabrından dövlətçilik tariximizin, hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanmışdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğ¬runda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yaz¬dı. Bunun adı Vətən müharibəsidir. Azərbaycanın Qələbə salnaməsi tarixə yazıldı. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi nəticəsində Azərbaycan xalqı dövlətinin, liderinin ətrafında sıx birləşdi və bu birlik, həmrəylik “dəmir yumruğa” çevrilib, Azərbaycan Ordusunun simasında düşmənin başını əzdi, Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya isbat etdi.
Azərbaycanın öz hərbi qüvvələri ilə işğalçıları məğlub etməsi, xalqın inamını özünə qaytardı. İctimai şüurda sağlam əhval-ruhiyyə baş qal¬dırdı. Minlərlə adamı həyatdan məhrum etmiş mexanikləşdirilmiş qırğından müharibənin cəfasını ürəyinin içərisində yaşamış, məşəqqətləri adlamış, adı və özü böyük ƏSGƏR qalib çıxdı, Erməni faşizmi məhz o əsgərin qızıl qanı bahasına tarmar edildi. Böyük Qələbənin ehtiva etdiyi, xalqımıza bəxş etdiyi nə varsa, bütün mahiyyəti ilə əsgər zəhmətinin bəhrəsidir, ona və nəsillərinə halaldır. Azərbaycan Silahlı Qüvvələrinə eşq olsun! Yaşasın Azərbaycan Prezidenti! Yaşasın Azərbaycan Xalqı! Yaşasın Azərbaycan Əsgəri!
Müşfiq Bağırov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi