Aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir. Görüş çərçivəsində iki ölkə başçıları arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev biznes-forumdakı nitqində deyib ki, biz bir ölkə olaraq əminik ki, biznes dairələrimiz də Latviyada, prioritet hesab edilən layihələrdə investisiya imkanlarında maraqlıdır.
Qeyd edək ki, iki ölkə arasındakı diplomatik əlaqələr hələ müstəqilliyin ilk zamanlarında – 1994-cü il yanvarın 11-də qurulub. Azərbaycanın Latviyadakı səfirliyi isə ölkəmizin Baltikyanı ölkələrdəki ilk səfirliyidir. Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təməli isə 1997-ci ildə qoyulub və gələn il bu münasibətlər 30 ilinə qədəm qoyacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Latviyanınnın dövlət başçısı ilə mətbuata birgə bəyanatında Latviyanın Azərbaycan ilə uzun illər ərzində strateji tərəfdaş olduğunu, uğurlu əməkdaşlıq həyata keçirdiyini, iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin səmərəli əlaqələrin mahiyyətini əks etdirdiyin, indiki səfərdən sonra isə münasibətlərin yeni səviyyəyə yüksələcəyini bildirib.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev biznes-forumda qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Bütün bunlar Latviya Respublikası ilə münasibətlərin yeni mərhələyə yüksəldiyini sübut edir
Xanlar Mirzəyev,
Cəlilabad rayon Su Meliorasiya Sistemlərinin İstismarı
İdarəsinin rəisi


