Cəmiyyət

Azərbaycan-Latviya münasibətləri hər iki xalqın rifahına töhfə verir

Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə ikitərəfli münasibətlərin inkişafı prioritet istiqamətlərdən biri olaraq qalır. Bu kontekstdə Latviya Prezidenti Edqars Rinkeviçsin ölkəmizə rəsmi səfəri Bakı ilə Riqa arasındakı əlaqələrin dinamik inkişafının və strateji xarakterinin növbəti bariz nümunəsidir. Bu səfər, həmçinin Cənubi Qafqaz və Baltik regionları arasında yeni iqtisadi-siyasi imkanların müzakirəsi üçün mühüm əhəmiyyət kəsb edir.

Aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri bu cəhətdən əlamətdardır. Bu səfər bir daha göstərdi ki, Latviya ilə Azərbaycan arasında yüksək səviyyədə əlaqələr mövcuddur. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir. Bu əməkdaşlıq, Baltik-Qara Dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün vacibdir. Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir. Latviya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarı kimi tanınıb.

Avropa İttifaqına üzv olan ölkələr üçün Azərbaycan qazı və nefti onların enerji istehlakı portfelinin ən böyük hissəsini təşkil edir. Əsasən keçmişdə, indi və gələcəkdə diqqət yetirəcəyimiz digər sahə bağlantıdır. Burada coğrafiya investisiyalarımızla və Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün uzunmüddətli siyasətlə tamamlanır. İndi biz ixracatımızın şaxələndirilməsi üzərində fəal işləyirik, baxmayaraq ki, bunu etmək çətin olacaq. Çünki Azərbaycanda təbii qaz hasilatı artır və artacaq. Hasil etdiyimiz qazın böyük hissəsi isə ixrac olunur. Beləliklə, qeyri neft-qaz sektoruna aid sənaye və iqtisadiyyat artan hasilat profili və beynəlxalq bazarlarda  artan tələbatla uzlaşmalıdır.

                                                                                                    Məmmədzadə Əliyev,

              Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı  Aparatının Sənəd dövriyyəsi,

             vətəndaş   müraciətləri və inzibatii işlər şöbəsinin Hüquq və kadr

              məsələləri  sektorunun   müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir