Bölgə Hadisə

Astarada 60-dan çox ev su altında qaldı: Xilasedicilər cəlb olundu – VİDEO

Astara rayonunun Ərçivan qəsəbəsində leysan yağışları güclü subasmaya səbəb olub.

Qəsəbə sakinlərinin xeberde.az-a verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 60-dan çox ev su altında qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasetmə qrupları cəlb olunub. Ərazidə təxliyə işləri aparılıb, 30-dan çox sakin təhlükəsiz əraziyə köçürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir