İdman

Azərbaycan paracüdoçusu Avropa çempionu olub

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının qalibi olub.

xeberde.az xəbər verir ki, o, 1/4 finalda moldovalı Oleq Kretulu məğlub edib.

Zəkiyev yarımfinalda türkiyəli Gökhan Biceri və nəhayət həlledici mərhələdə moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.

Qeyd edək ki, İ.Zəkiyev bununla da 9-cu dəfə Avropa çempionu adını qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir