Mayın 28-də, yəni mübarək Müstəqillik günündə təşkil olunmuş Laçın Zirvə görüşündə, Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə cumhur başqanı Rəcəb Tayib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bəyanatları, hər üç dövləti səmimi və sağlam münasibətləri qürur doğuran hallardır. Bu da səbəbsiz deyildir, üç ölkə arasında qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkələrimiz üçtərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Çünki Azərbaycan, Türkiyə və Pakistan əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlıdır. Pakistan ilə Hindistan arasında baş verən gərginliyin atəşkəslə nəticələnməsindən məmnunluq duyduğumuzu ifadə etmək istəyirəm. Bu proses müddətində nümayiş etdirdiyi təmkinli və qətiyyətli mövqeyinə görə Şahbaz qardaşımızı və Pakistan rəsmilərini bir daha təbrik edirəm. Arzumuz elan olunan atəşkəsin davamlı sülhə çevrilməsidir. ölkələrimiz Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşir. Coğrafiyamızda və onun hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzəyik. Bu çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət məqsədimizin inkişaf etdirilməsini bir seçim deyil, zərurət olaraq görürük. Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir. Eyni zamanda, beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik. Bir daha qeyd edəm ki, bölgəmizdə baş verən hadisələr ölkələrimiz arasındakı həmrəyliyin nə qədər vacib olduğunu gündən-günə daha aydın şəkildə göstərir. Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının azad olunması ilə artıq bölgənin sabitlik, rifah və inkişaf mərkəzinə çevrilməsini arzulayırıq. Bu gün səhər açılışını etdiyimiz Laçın Hava Limanının bölgənin uzun illərdən bəri həsrət qaldığı inkişafa və dünya ilə inteqrasiyasına mühüm töhfə verəcəyinə inanıram. Laçın Zirvə görüşü həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Möhkəm əminəm ki, zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcək.Vahid Mirzəyev,Cəlilabad şəhər bələdiyyəsinin sədri
Oxşar Xəbərlər
Azərbaycanda bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək
Qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz məktəbli formaları veriləcək. xeberde.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi Bakı Tikiş Evi ilə müqavilə bağlayıb. Müqavilədə 42-48 ölçüdə həm oğlan, həm də qız şagirdlər üçün məktəbli dəstlərinin satın alınması nəzərdə tutulur. Ümumilikdə isə 8 000 dəst məktəbli formasının satın alınması ilə bağlı […]
Süni zəka təhlükəsi – onun inkişafı işsizlər ordusu yaradacaq
Bəşər əhlinin həyatını yaxşılaşdıracağı gözlənilən süni intellekt (AI) texnologiyalarının inkişafı başqa cür düşünən insanlarda narahatlıq doğurmağa başlayıb. Onlar diqqəti AI-nin yaratdığı təhlükələrə cəlb etməyə çalışırlar. Bir neçə gün öncə “Həyatın gələcəyi institutu” (ingiliscədə – FLI) texnoloji korporasiyalara və hökumətlərə ünvanlanmış məktub dərc edib. Qurum super süni intellektin (ASI) gələcək inkişafının qadağan edilməsini tələb edir. Adi […]
Heydər Əliyevin anadan olmasının 102-ci İLDÖNÜMÜ
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan […]



