Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun müzakirəsi zamanı deputat Səyyad Salahlının çıxışı birmənalı qarşılanmayıb.
xeberde.az xəbər verir ki, deputatın “Abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar” deməsinə spiker Sahibə Qafarova etiraz edib.
“Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, mütləq biznesmenlərə verilə bunlar?! Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır, siz nə danışırsınız?!” – S.Qafarova bildirib.
Həmin anın videosunu İTV-yə istinadən təqdim edirik:
“Nə isə yaddan çıxıb qalıb ki, indi bu qanuna dəyişiklik edirik? Yenidən nə isə əlavə etmək lazımdırsa, bu, açıqlanmalıdır. Bu abidələr pasportlaşdırılırsa, onun sonrakı aqibəti nə olacaq?”
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.
Deputat bildirib ki, abidələrin bir çoxu uçub-dağılır: “Hamımız şimal zonasında bunu görmüşük. Həmin abidələrin sarayında gündə bir kərpic düşür. Abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar. Bunun başqa yolu yoxdur. Məsələ qaldırırıqsa, bunun sonrakı halında düşünməliyik. Abidələri pasportlaşdırdıq, hə nə olsun? İş adamına mız qoymaq olmaz ki, sən bunu elə və ya belə etməlisən. Necə ki, futbolda baş məşqçiyə heç kim demir ki, filankəsi oynatmalısan. Buna heç klub prezidenti və ya başqa səlahiyyətli adamın “duxu çatmaz”. İş adamına şərt oymaq olmaz”, – deyə deputat bildirib.
Spiker Sahibə Qafarova isə deputatın çıxışına etirazını bildirib: “Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökümətinə nə olub ki, bunlar mütləq biznesmenlərə verilə?! Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır, siz nə danışırsınız?”