Şou-Biznes

Lamiyyə Ələkbərovadan Rəqsanənin dediklərinə reaksiya

Aparıcı Lamiyyə Ələkbərova müğənni Rəqsanə İsmayılovanın onun haqqında dediyi “Lamiyyədən incimişəm. Mən həbsdə olanda anamı yoxlamağa gəlməyib. Özü də mənim işçim olub” sözlərinə cavab verib. 

Aparıcı proqramında məsələyə aydınlıq gətirib:

“Rəqsanə deyir ki, məndən küsüb. Sussam, deyəcəklər razılaşdı. Əziz dostum Rəqsanə, xətrini dünyalar qədər istəyirəm. Bakıya gələn gündən səni gözəl tanıyıram, münasibətimiz var. Səni axtarmaya bilməzdim. Zəng də vurmuşam, amma Aysun telefonu açmayıb. 18 və 21 avqustda səs yazmışam. Nigar İbrahimova ilə əlaqə saxlayıb, səni soruşmuşam. Ağlayanda ağlamışam, güləndə gülmüşəm. Əsas o deyil ki, axtarmağımı çəkib göstərim. Hər şey ürəkdə olmalıdır. 

Deyirsən ki, Lamiyyə yanımda işləyib. 1995-ci ildən Azərbaycan Televiziyasında işləmişəm. Bir çox kanalda çalışmışam. Bakıya yeni gələndə səni heç kim tanımırdı. Sənin tanınmağında, efirə çıxmağında rolum olub: layihələr yaratmışıq. Prodüserəm, yaradıram, köməkçi deyiləm. Biz birgə işləmişik. Anar Mədətov, Vaqif Gərayzadə, Tarix Əliyev prodüserdir. Biz tapıb üzə çıxarırıq, yanında işləmirik. Allah Nahid Emiloğluya rəhmət etsin. Mənim əməkdaşım idi, bizi o tanış edib. Hər bir müğənninin prodüserə ehtiyacı var. Mən sənin, sən də mənim çətin günümdə yanımda olmusan. Qəlbimə dəydi ki, kiminsə işçisi olmuşam. Mən televiziyalarda rəhbər vəzifələrdə çalışmışam. Danışarsan, danışarıq, küsərsən, sonra barışarıq”. (Axşam.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir