2026-cı ilin yanvar-avqust aylarında 56 980 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.
Bu barədə xeberde.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, müavinət ödənişləri 26 675 nəfər qız, 30 305 nəfər oğlan uşağına görə aparılıb.




