Bölgə Cəmiyyət Gündəm Ölkə

SSRİ bayrağı qaldıran Saleh Səmədov KİMDİR…

Xəbər verdiyimiz kimi, İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. 

Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edib.

xeberde.az Saleh Səmədovla bağlı məlumatları təqdim edir.

Saleh Səmədov 1962-ci ilin iyun ayının 27-də İmişli şəhərində anadan olub. 1969-1980-ci illərdə İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəbdə orta təhsil alıb. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə bitirib.

1983-85-ci illərdə İmişli Rayon Rabitə və İşarəvermə Stansiyasında anbar müdiri, 1985-86-cı illərdə İmişli Rayon “Yol Restoran” Birliyində bufetçi, 1986-87-ci illərdə Bakı Şəhər “Azərkitab” Birliyi 1 saylı kitab mağazasında satıcı işləyib. 2010-2011-ci illərdə İmişli Rayon İcra Hakimiyyəti Başçıısnın Sosial-İqtisadi Məsələlər Üzrə müavini, 2011-2013-cü illərdə “Xan-Araz” MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə “Azər-S-Test” MMC-də direktor vəzifələrində işləyib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. 4 övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir