İqtisadiyyat manset

Ermənistan pomidoru, bibəri və qızılgülləri Azərbaycana gələ bilər

Ermənistanla Azərbaycan arasında ticarət təmasları çərçivəsində Ermənistan istehsalı olan bir sıra məhsulların Azərbaycan bazarına ixracı müzakirə olunur.

xeberde.az xəbər verir ki, danışıqlarda ixrac siyahısına alüminium folqa və onun xammalı, ferromolibden, tütün və tekstil məhsulları, həmçinin kənd təsərrüfatı məhsulları – pomidor və bibər, eləcə də çiçəklər, xüsusilə qızılgüllər daxil edilib.

Məsələ ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Gevoq Papoyan erməni KİV-nə bildirib ki, ilk tədarüklərin vaxtı hələlik müəyyənləşməyib. Onun sözlərinə görə, ixracın başlanması şirkətlər arasında aparılacaq razılaşmalardan və texniki uzlaşmalardan asılı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir