İdman

Millimiz Malta ilə heç-heçə etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu keçirib.

xeberde.az məlumat verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Malta yığması ilə üz-üzə gəlib.

Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

Xatırladaq ki, B liqasının 2-ci qrupunda yer alan U-17 2 xalla üçüncü pillədə qərarlaşıb. Milli daha əvvəl Bolqarıstan (1:1) və Litva (0:0) ilə heç-heçə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir