Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “İmişli”nin sabiq baş məşqçisi Fərid Namazovun yeni iş yeri müəyyənləşib.
xeberde.az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı çalışdırıcı “Şamaxı”ya keçib.
Namazov bölgə klubunun əvəzedici komandasını çalışdıracaq. O, bu postda Məqsəd Yaqubəliyevi əvəz edəcək. Onun köməkçiləri də bəllidir. Ötən mövsüm “Səbail-2″də çalışmış Ramiz Hüseynov və Yaşar Abuzərov Namazova kömək edəcəklər.
Yeni məşqçilər korpusu artıq bu gün komandanı “ASK Arena”da səhər saatlarında baş tutan ilk məşqə çıxarıblar.