Gündəm Hadisə

“Azərbaycanfilm”dəki partlayışın səbəbi – Üç qurum birgə məlumat yaydı

Baş Prokurorluq, FHN və ANAMA “Azərbaycanfilm” kinostudiyası ərazisində baş verən partlayış hadisəsi ilə bağlı birgə məlumat yayıb.

xeberde.az-a daxil olan məlumatda deyilir:

“İyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən ibtidai istintaq aparılır.

Kompleks istintaq tədbirləri çərçivəsində əraziyə prokurorluq əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Fövqəladə Hallar Nazirliyinin (FHN) operativ qrupları da cəlb olunub və hadisə yerində baxış keçirilib.

Əldə edilən sübutlar arasında patronlar, fişənglər, gilizlər, propan qaz balonları, eləcə də təlim məqsədilə istifadə olunan müxtəlif növ partlayıcı vasitələr də aşkarlanıb.

Hazırda prokuorluq əməkdaşları tərəfindən hadisə yerində baxış, ANAMA və FHN-in əməkdaşları tərəfindən isə ərazidə zərərsizləşdirmə və təmizləmə işləri həyata keçirilir.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə hadisə yerinə təcili tibbi yardım briqadaları da cəlb olunub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir