Gündəm Hadisə manset

İran israilin hərbi təyyarəsini vurdu – Pilot axtarılır

İranın hava hücumundan müdafiə sistemləri ölkənin cənub-qərbində yerləşən Çaharmahal və Bəxtiyari vilayətində İsrailə məxsus hərbi təyyarəni vurub.

xeberde.az xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

Məlumata görə, təyyarənin pilotu katapult edə bilib. Hazırda onun axtarışları davam edir.

Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı “Qalxan Şir” adlı hərbi əməliyyata başlayıb. Əməliyyatın hədəfi İranın nüvə proqramı olub.

Bundan az sonra İran cavab zərbələri endirib. Növbəti günlərdə də tərəflər bir-birini raket və pilotsuz aparatlarla vurmağa davam ediblər.

Hər iki ölkə hücumlar nəticəsində ölən və yaralananların olduğunu təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir