Dünya

İranda etirazlar sərhəd tanımır: qəzəbli xalq məscidləri yandırdı

Dünən Tehranın müxtəlif bölgələrində keçirilən etiraz aksiyalarından yayılan görüntülər şəhərdə gərginliyin artdığını göstərir.

xeberde.az “Azad İran”a istinadən xəbər verir ki, videolarda iki məscidin və bir sıra avtomobillərin yandığı görünür.

Məlumata görə, yandırılan məscidlərdən biri Tehranın Səadətabad bölgəsində yerləşən Ər-Rəsul məscididir.

Səadətabadda baş verən etirazlarla bağlı görüntüləri paylaşan şəxs vəziyyətin son dərəcə ağır olduğunu bildirərək qeyd edib:

“İnsanlar artıq ölümün astanasındadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir