“Ənsarullah” (husilər) hərəkatı Təl-Əvivdəki Ben-Qurion beynəlxalq hava limanına hipersəs ballistik raketi ilə hücum etdiklərini bəyan edib.
xeberde.az xəbər verir ki, bu barədə Yəmən hərəkatının hərbi sözçüsü Yəhya Sariya “Əl Məsirə” telekanalının efirində bildirib.
Hərəkatın rəsmi nümayəndəsinin sözlərinə görə, əməliyyat “öz hədəfinə çatıb”.
“Raket qüvvələri Ben-Qurion (Lod) hava limanına qarşı “Fələstin-2” tipli hipersəs ballistik raketi ilə unikal hərbi əməliyyat həyata keçirib”, – deyə o bildirib.