Xarici ölkənin vətəndaşlığını qəbul edən, lakin Azərbaycan vətəndaşlığına xitam verilməyən şəxslərin hərbi xidmətə çağırılıb-çağırılmaması ilə bağlı əsas məqam açıqlanıb. xeberde.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu məsələ ilə bağlı məlumat yayıb. Qeyd olunan izah Xidmətin əməkdaşı Kapitan Zəfər Əsgərli tərəfindən təqdim edilib. Bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət […]
Day: Avqust 24, 2026
Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib. xeberde.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. “Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gömrük orqanına bəyan […]
Ukraynaya məşhur raketlərin istehsal sirri veriləcək
Böyük Britaniya Ukraynaya SCALP/Storm Shadow raketlərinin istehsalına icazə verəcək. xeberde.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın yeni Baş naziri Endi Börnham Kiyevə səfəri zamanı Ukraynaya SCALP/Storm Shadow raketlərinin istehsalı üçün zəruri məxfi məlumatların veriləcəyini açıqlayıb. Börnhamın sözlərinə görə, bu məlumatlar Ukraynaya raketlərin istehsalını ölkə daxilində həyata keçirməyə imkan verəcək. Qeyd edək ki, Fransa Prezidenti […]
Şəki sakinləri Bakıda dənizdə batdılar
Bakıda dənizdə iki nəfər boğularaq ölüb. Bu barədə mərhumların yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Hadisənin avqustun 22-də paytaxtda yerləşən çimərliklərin birində baş verdiyi bildirilib. Şəkinin Baş Layısqı kənd sakinləri olan 26 yaşlı İntiqam Məmmədov və 20 yaşlı Nihat Səlimov dənizdə boğularaq həyatlarını itiriblər. Hər iki gəncin meyiti sudan çıxarılıb və onlar kəndlərində dəfn edilib./unikal.az/
İmişlidə toyda faciə – 25 yaşlı oğlan qəfil öldü
İmişli rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib. xeberde.az xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhəri Həsənoğlu küçəsində yerləşən “Nərgizim” şadlıq sarayında qeydə alınıb. Məmmədəli kənd sakini 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı səhhətinin qəfil pisləşməsi səbəbindən ölüb. Onun ürəktutmadan vəfat etdiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.
Laçının dirçəlişi – Azərbaycanın yeni reallıqlarının təcəssümüdür.
Laçın bu gün Azərbaycanın Zəfər tarixinin, dövlətimizin qüdrətinin və Böyük Qayıdış siyasətinin canlı təcəssümüdür. Bir vaxtlar işğalın ağır nəticələrinə məruz qalan, əhalisi doğma yurdlarından didərgin salınan bu qədim şəhər və rayon artıq tamamilə fərqli mənzərə ilə qarşı-qarşıyadır. Burada dağıntıların yerini müasir yaşayış məhəllələri, yeni yollar, məktəblər, sosial və iqtisadi obyektlər, yaşıl enerji layihələri tutur. Laçında […]
Layiqli humanitar körpü
Ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin – Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur. Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə […]
Əməkdaşlığın səmərəliliyi sürətlə artır
Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz və vacib sahəsidir. Bu sahədə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir, humanitar əlaqələri yeni məzmunla zənginləşdirir. 2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan […]
İqtisadi imkanlar bir-birini tamamlayır
Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Əməkdaşlığımız, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətimiz böyük perspektivlər vəd edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. […]
İki qardaş xalqın münasibətləri ali səviyyədədir
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Özbəkistana rəsmi səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı. Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan Prezidentlərinin təltifolunma mərasimi keçirilib. Prezident Şavkat Mirziyoyev ali dərəcəli “Dostluq” ordenini dövlətimizin başçısına təqdim etdi. […]









