Bölgə Gündəm Siyasət

Paşinyandan ŞOK ETİRAF: Bu 3 kənd Azərbaycan ərazisidir

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında anklavlarla bağlı məsələnin sülh yolu ilə tənzimlənməsinin vacibliyini bildirib. xeberde.az xəbər verir ki, onun sözlərinə görə, bu proses sərhədyanı ərazilərdə yaşayan insanlar üçün yeni problemlər yaratmamalıdır. Paşinyan qeyd edib ki, razılaşdırılmış delimitasiya prinsiplərinə əsasən Kərki, Bərxudarlu və Yuxarı Əskipara Azərbaycanın əraziləridir. Ermənistan hökumətinin başçısı delimitasiyanın 1991-ci il Alma-Ata Bəyannaməsi […]

Cəmiyyət

Xanımına iş düzəltdi, özünə baha başa gəldi –keçmiş baş nazir cəzalandırıldı

Fransanın keçmiş baş naziri Fransua Fiyon (François Fillon) həyat yoldaşının saxta işlə təmin olunması işi üzrə məhkumluğundan sonra ölkənin ən yüksək dövlət təltifi olan “Fəxri Legion” (Légion d’honneur) ordenindən 10 il müddətinə uzaqlaşdırılıb. xeberde.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə POLITICO yazıb. Qərar cümə axşamı Fransanın rəsmi qəzetində dərc edilib. Təltif üzrə intizam […]

Siyasət

SON DƏQİQƏ! Prezident Sərəncam imzaladı

Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyi qeyd ediləcək. xeberde.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Səhiyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birlikdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Qeyd edək ki, […]

Cəmiyyət

Keçmiş direktor vəfat etdi

Uzun illər İsmayıllı Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru işləmiş Nadir Hacıyev vəfat edib. Mərhum bir neçə il əvvəl təqaüdə çıxmışdı. N.Hacıyev çoxsaylı istedadlı şahmatçıların yetişməsində böyük əmək və xidmət göstərib./Unikal/

Dünya

Fransada itkin düşən tiktokerin meyiti yandırılmış halda tapıldı – FOTO

Fransanın cənubunda tanınmış TikTok bloqçusu Sonia Bellina qətlə yetirilib. Onun cəsədi daha sonra yandırılıb. Bu barədə BFMTV Nim şəhərinin prokuroru Sesil Gensakın açıqlamasına istinadən məlumat yayıb. Bellinanın cəsədi avqustun 12-də səhər saatlarında aşkarlanıb. Ağır zədələndiyi və qismən yandırıldığı üçün onun kimliyinin müəyyənləşdirilməsi bir həftəyə yaxın vaxt aparıb. Aparılan DNT ekspertizasının nəticələri cəsədin Sonia Bellinaya məxsus […]

Cəmiyyət

Aviabiletlər daha əlçatan olacaq – SƏRƏNCAM

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialından səmərəli istifadə üçün təşviq tədbirlərinin görülməsi nəzərdə tutulur. xeberde.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Qeyd olunur ki, Azərbaycan […]

Cəmiyyət

Bakıda uşaq xəstəxanasında antisanitar şərait – FOTOLAR

Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən şəkillər yayılıb. Görüntüləri jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımında sözügedən xəstəxananın sanitar qovşağını paylaşaraq, buranın antisanitariya qaynağı olduğunu bildirib. Jurnalist həmçinin qeyd edib ki, otaqlar və dəhlizlər də oxşar vəziyyətdədir./Unikal/