Cəlilabadda beş küçəyə şəhidlərin adı verilib. xeberde.az xəbər verir ki, bununla bağlı müvafiq işlər yekunlaşdırılıb və şəhidlərin adını daşıyan küçələrdə yeni lövhələr quraşdırılıb. Bu küçələr artıq şəhid Camal Əliyev, şəhid İlqar Zeynalov, şəhid Mirağa Qasımov, şəhid Zeynal İsmiyev və şəhid Elgün Şükürovun adlarını daşıyacaq. Qeyd edək ki, küçələrə Vətən uğrunda canından keçən şəhidlərin adlarının verilməsi […]
Month: İyul 2026
Onlayn satış edən şəxslə bağlı iddia – “Pulu alır, məhsulu göndərmir”
Onlayn satış həyata keçirən şəxs vətəndaşları aldadır. xeberde.az xəbər verir ki, Milli.Az-a müraciət edən zərərçəkənin sözlərinə görə, “TikTok”da canlı yayımlar açaraq satış edən qadın müştərilərdən məhsulların ödənişini əvvəlcədən alır, lakin sifarişləri göndərmir. Şikayətçi bildirib ki, ödəniş etdikdən sonra satıcı ilə əlaqə saxlamağa çalışsa da, telefon nömrəsinə zəng çatmayıb, yalnız “WhatsApp” vasitəsilə yazışmaq mümkün olub. Onun […]
Rusiya dizel yanacağının ixracına qadağa qoydu
Rusiya dizel yanacağının ixracına qadağa qoyub. xeberde.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin sədr müavini Aleksandr Novak bildirib. O, hökumətin dizel yanacağının ixracına qadağa qoyduğunu açıqlayıb. Novakın sözlərinə görə, daxili yanacaq bazarındakı vəziyyət çətin olaraq qalır və motor yanacağına tələbat təxminən üçdə bir artıb. Baş nazirin müavini Rusiyanın iyul ayında neft məhsullarının idxalına başlayacağını […]
Məlumatları tapıb fidyə tələb edir – Yeni nəsil kibertəhlükə
Kibertəhlükəsizlik mütəxəssisləri süni intellektlə işləyən və insan müdaxiləsi olmadan fəaliyyət göstərə bilən ilk tam avtonom fidyə proqramı aşkarlayıblar. xeberde.az xəbər verir ki, “Jade Puffer” adlı zərərli proqram sistemə müstəqil şəkildə daxil olur, həssas məlumatları müəyyənləşdirir və fidyə tələbi hazırlayır. Mütəxəssislərin sözlərinə görə, proqram hücum prosesinin əsas mərhələlərini operatorun birbaşa iştirakı olmadan həyata keçirə bilir. Ekspertlər […]
Azərbaycanlı futbolçu karyerasını qonşu ölkədə davam etdirəcək
“Zirə” ilə yollarını ayıran Eldar Quliyevin karyerasındakı növbəti dayanacağı bəlli olub. xeberde.az xəbər verir ki, o, fəaliyyətini qonşu Gürcüstanda davam etdirəcək. Bacarıqlı futbolçu Gürcüstanın “İberiya 1999” klubu ilə rəsmi olaraq razılığa gəlib. Futbolçu yeni komandasına azad agent statusunda qoşulub. Xatırladaq ki, son üç ili “qartallar”ın heyətində keçirən Eldar komandası ilə birlikdə bütün turnirlərdə meydana çıxdığı 94 […]
Saxta 100 manatı göstərərək… – Bakıda taksi sürücüsünü necə soydular?
Bakıda taksi sürücüsünə qarşı törədilmiş soyğunçuluq hadisəsi ilə bağlı məhkəmə hökmü elan edilib. xeberde.az xəbər verir ki, məhkəmənin müəyyən etdiyi hallara görə, təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq şəkildə ələ keçirmək məqsədilə 2026-cı ildə səhər saat 04:50 radələrində Binəqədi qəsəbəsində yerləşən “Spar” mağazasının qarşısında taksi sürücüsünə qarşı soyğunçuluq edib. İş materiallarına əsasən, təqsirləndirilən […]
Paytaxtda məşhur restoranda gecə saatlarında nələr baş verir?
Paytaxtın Xətai rayonu, Nəsrəddin Tusi küçəsində fəaliyyət göstərən “Nağıl Bağ” restoranı ilə bağlı sakinlər narazılıqlarını ifadə ediblər. Onların sözlərinə görə, iaşə obyektində gecə saatlarınadək yüksək səslə musiqi səsləndirilməsi ətrafda yaşayan insanların rahatlığını pozur. xeberde.az xəbər verir ki, sakinlər bildiriblər ki, restoran yaşayış binalarına yaxın ərazidə yerləşdiyi üçün xüsusilə gecə vaxtı musiqinin yüksək səsi onların istirahətinə […]
Aviaşirkətlərə xəbərdarlıq edildi: Bu ölkələrin hava məkanından…
Yaxın Şərqdə davam edən gərginlik və gələcək hərbi əməliyyatların potensial ehtimalı fonunda aviaşirkətlərə İran, İraq və Livanın hava məkanıda uçuşlar həyata keçirməmək tövsiyə edilib. xeberde.az xəbər verir ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyəsi avqustun 31-dək qüvvədədir. Agentlik aviaşirkətlərə Bəhreyn, Küveyt, İsrail, İordaniya, Qətər, Oman, BƏƏ və Səudiyyə Ərəbistanının hava məkanında uçuşlar zamanı ehtiyatlı olmağa […]
Prezidentdən Neft Fondu ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. xeberde.az xəbər verir ki, ötən il ARDNF-in büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, büdcə xərcləri isə 14 milyard 627,2 milyon manat təşkil edib. İl ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 10 milyard 266,3 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 9 milyard 497 milyon manat, bonus ödənişləri və […]
Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq
Azərbaycan “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulacaq. xeberde.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında” qanun layihəsi plenar iclasa tövsiyə edilib.










