Şuşada keçirilən IV Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun, milli maraqlara əsaslanan xarici siyasət kursunun və postmünaqişə dövründə həyata keçirdiyi inkişaf strategiyasının beynəlxalq ictimaiyyətə təqdim olunduğu mühüm platforma kimi diqqət çəkib. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi forum qlobal informasiya mühitində əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, regionda yaranmış yeni geosiyasi […]

