Hadisə

Masallıda 3 ton yararsız ət aşkarlandı

Masallı rayonunun Kürdəbaz kəndində 3050 kq korlanma əlamətləri müşahidə edilən ət aşkar olunub. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, məhsulların dövriyyəsinin qarşısı dərhal alınıb, onlardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Laborator sınaqların nəticələrinə əsasən, sözügedən ətlərin insan istehlakı üçün yararsız olduğu təsdiqlənib. “Faktla bağlı qanunvericiliyin tələblərinə […]

Araşdırma

Tez arıqlamaq üçün suya bunu əlavə edin

Artıq çəkidən qurtulmaq istəyənlər tez nəticə verən üsullar axtarsalar da, mütəxəssislər bildirirlər ki, möcüzəvi vasitə yoxdur. Bununla belə, uzun illərdir istifadə olunan sadə bir üsul maddələr mübadiləsini dəstəkləməyə və həzmi yaxşılaşdırmağa kömək edə bilər. “Nutrinatik_ua” adlı instaqram səhifəsinin müəllifi arıqlamaq və çəkini qorumaqla bağlı tövsiyələr verərək alma sirkəsinin bu prosesdə necə rol oynaya biləcəyini izah […]

Gündəm

Paxlava davası böyüdü – UNESCO-ya yeni faktlar

Azərbaycan və Türkiyənin paxlavanın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün etdiyi birgə müraciət təkcə kulinariya deyil, həm də mədəni irs uğrunda uzun illərdir davam edən mübahisənin yeni mərhələsi hesab olunur. Yunanıstanın da bu məşhur şirniyyatı öz milli irsi kimi təqdim etdiyi bir vaxtda Bakı və Ankara iddialarını geniş tarixi və […]

Hadisə

Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib…

Bakıda taksi fəaliyyəti ilə məşğul olan 29 yaşlı Kazım Hüseynov (ad-soyad şərtidir – red.) tanış olduğu xanım sərnişini şantaj edib. Kazımla məktəb-liseydə ingilis dili müəllimi işləyən Lalə (ad şərtidir – red.) tanış olduqdan sonra aralarında münasibət yaranıb. İş materiallarında yazılır ki, Kazımla Lalə əvvəl yaxın əlaqədə olub, hətta evlənmək qərarına gəliblər. Lakin onların arasındakı sıx […]

Siyasət

TƏCİLİ! Azərbaycan SOCAR-a görə Rusiyaya nota verdi

6 iyul tarixində Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Görüş zamanı, 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib. Görüşdə […]

Təhsil

Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı

Bu gündən Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsi keçiriləcək. xeberde.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, seçimlər iyulun 20-dək davam edəcək. Bildirilib ki, qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər “My Culture” vahid […]

Hadisə

Arzum apellyasiya şikayəti verdi: “Narazıyıq”

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə və qəza yerini tərk etməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən tiktoker İlduzə Hacıyeva (Arzum) apellyasiya məhkəməsinə müraciət edib. Bu barədə xeberde.az-a tiktokerin vəkili Hikmət Əliyev məlumat verib. O bildirib ki, birinci instansiya məhkəməsinin çıxardığı hökmdən narazıdırlar. “Apellyasiya şikayətimizi vermişik. Təxminən 20 gün sonra məhkəmə iclasının keçirilməsi gözlənilir. Bu hadisə geniş […]

Sosial

5800-dək şəxs işlə təmin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə bu il daha 1001 şəxsin işlə təminatı həyata keçirilib. xeberde.az xəbər verir ki, onların məşğulluğu üçün 190 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb. 2020-ci ildə icrasına başlanan bu proqram üzrə ötən dövrdə ümumilikdə 5800-dək şəxs iş yeri əldə edib. […]

Hadisə

Gecə 3-də meyiti tapıldı

Bakıda 32 yaşlı kişi müəmmalı şəraitdə ölüb. Hadisə bu gün saat 03 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü R.Rzayevin meyiti yaxınları tərəfindən yaşadığı evin həyətində aşkar edilib. Onun hansı səbəbdən vəfat etməsi rayon prokurorluğu tərəfindən araşdırılır.

Cəmiyyət

Əməkdaşlığımız müsbət mənada sürətlə inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Səfər proqramına uyğun olaraq əvvəlcə dövlət başçısı ilə təkbətək görüş baş tutub. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Görüş zamanı  Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud əməkdaşlıq, enerji təhlükəsizliyi, iqtisadi-ticarət əlaqələri, nəqliyyat-kommunikasiya layihələri, regional məsələlər […]