Nazirlər Kabineti “Qaz təchizatı sisteminə dair Qaydalar”ı təsdiq edib. xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qaydalarda Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən müvafiq sistem operatorunun informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənə qədər həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar […]
Day: İyun 23, 2026
Bakı zooparkı ləğv olunur?
Bakı Şəhər Heyvanat Parkı (Zoopark) ləğv edilərək paytaxtda yeni yaradılan “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə birləşdirilir. xeberde.az xəbər verir ki, bu barədə müddəalar Baş nazir Əli Əsədovun imzaladığı yeni sərəncamda əksini tapıb. Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlarla razılaşdırmaqla, Bakı Şəhər Heyvanat Parkının Sahibsiz […]
Qumara görə cəzalar sərtləşdirilir: müsadirə, 5000 manat cərimə və 15 günlük həbs
Azərbaycanda qumar oyun qaydalarının pozulmasına görə cəzəlar sərtləşdirilir. xeberde.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İzibati Xətalar Məcəlləsinə (İXM) təklif olunan dəyişiklikdə əksini tapıb. Bu məcəllənin 525.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə […]
Azərbaycanda yeni vergi güzəştləri tətbiq olunacaq
Azərbaycanda bir sıra yeni vergi güzəştləri müəyyən edilir. xeberde.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 23-də keçirilən iclasında müzakirə olunan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üçün 2026-cı il 1 […]
Bu şəxslər kredit ala bilməyəcək, yalançı sahibkar hesab ediləcəklər
Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik təklif olunur. xeberde.az xəbər verir ki, dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Təqdim olunan qanun layihəsinə əsasən, iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri (qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma və […]
Vəzifəli şəxslərlə bağlı yeni cərimələr gəlir
Azərbaycanda daşınmaz əmlak qaydalarının pozulmasına görə vəzifəli şəxslər cərimələnəcəklər. xeberde.az xəbər verir ki, bununla bağlı dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin iyunun 23-də keçirilən birgə iclasında müzakirəyə çıxarılıb. İnzibatı Xətalar Məcəlləsinin 558.1-1-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan […]
Azərbaycanda bu qaydanı pozanlar 2500 manatadək cərimələnəcəklər
Azərbaycanda kibertəhlükəsizliyin təmin edilməsi sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına görə yeni cəzalar tətbiq olunacaq. xeberde.az xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin iyunun 23-də keçirilən birgə iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, İnzibati Xətalar Məcəlləsinin (İXM) 371-ci maddəsinə dəyişiklik nəzərdə tutlub. Məcəllənin 371-2.1.1. […]
Bərdədə kanalda meyit tapıldı
Bərdə rayonunun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında meyit tapılıb. Yevlax rayon sakini 2000-ci il təvəllüdlü Mahir Nadirovun meyitinin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırma aparılır.
XİN Lüksemburqu Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburqu təbrik edib. xeberde.az xəbər verir ki, nazirlik bu barədə “X” sosial media hesabında yazıb. “Lüksemburq Böyük Hersoqluğunun Milli Günü münasibətilə Lüksemburq Hökumətini və xalqını səmimi qəlbdən təbrik edirik”, – paylaşımda qeyd olunub.
Azərbaycanda bu şəxslər 7000 manat CƏRİMƏLƏNƏCƏK
Azərbaycanda kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. xeberde.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilməsi təklif olunan maddədə əksini tapıb. Layihəyə əsasən, kraudfanding platformasının operatoru tərəfindən açıqlanmalı və ya dərc edilməli olan məlumatların […]










