Bölgə Gündəm Hadisə

66 yaşlı ağsaqqal Azərbaycanı dünyada biabır etdi: qadın turistin sinəsinə əl atdı – RƏZALƏT

Hacıqabul rayonunda xarici turist qadına qarşı seksual davranışla bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub. Hadisənin görüntülərinin yayılmasından sonra polis araşdırma aparıb və 66 yaşlı şəxs barəsində inzibati tədbir görülüb. xeberde.az xəbər verir ki, Almaniyalı turist Karl və onun yapon sevgilisi Lisa velosipedlə dünya səyahəti çərçivəsində Azərbaycan ərazisindən keçərkən xoşagəlməz hadisə ilə qarşılaşıblar. Sosial […]

AKTUAL Dünya

Göydən gələn təhlükə – güclü partlayışın mənbəyi müəyyənləşdi

ABŞ-nin şimal-şərq bölgəsində şənbə günü eşidilən güclü partlayış səsinin səbəbi müəyyənləşdirilib. xeberde.az xəbər verir ki, Massaçusets ştatının şərq hissəsi, Rod-Aylend və ətraf bölgələrdə qeydə alınan hadisənin atmosferə daxil olaraq yanıb parçalanan meteorla bağlı olduğu təsdiqlənib. Məlumata görə, meteor Massaçusets ştatının şimal-şərqi üzərində təxminən 40 mil (64 kilometr) yüksəklikdə parçalanıb. NASA-nın hesablamalarına əsasən, parçalanma zamanı ayrılan […]

Dünya

İran raket bazalarını yenidən dirçəldir – vurulan şaxtaların çoxu tapıldı

İran müharibə zamanı vurulan raket infrastrukturu üzərində bərpa işlərini sürətləndirib. xeberde.az xəbər verir ki, CNN-in məlumatına görə, Tehran bu işlərdə buldozerlər və torpaq daşıyan yük maşınları kimi sadə texnikalardan istifadə edir. Bildirilir ki, İran müharibə zamanı vurularaq bağlanmış 69 şaxta və açılış nöqtəsindən ən azı 50-ni aşkar etməyə nail olub. ABŞ və İsrailin raket buraxılış […]

Cəmiyyət

Bakının bir hissəsində işıq olmayacaq

Bakının Nizami rayonunun bir hissəsinə elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə xeberde.az  “Azərişıq” ASC-yə istinadən xəbər verir. Belə ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli […]

Dünya

İran mediasından sensasion məlumat – Pezeşkian istefa ərizəsi yazdı

İran Prezidenti Məsud Pezeşkianın tutduğu vəzifədən istefa vermək üçün rəsmi müraciət etdiyi iddia olunur. xeberde.az xəbər verir ki, “Iran International”ın yaydığı məlumata görə, Pezeşkian istefa ərizəsi yazaraq onu Müctəba Xameneinin ofisinə göndərib. Məlumata əsasən, İran prezidenti bu qərarını ölkə idarəçiliyində SEPAH komandirlərinin dominant mövqe tutması ilə əlaqələndirib. Bildirilir ki, Pezeşkian məktubunda dövlət idarəçiliyinin faktiki olaraq […]

Dünya Gündəm

Livanın baş naziri təcili atəşkəsə çağırış etdi

Livanın Baş naziri Nəvaf Salam İsrailin ölkənin cənubunda həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı tənqid edib. Al Jazeera xəbər verir ki, onun sözlərinə görə, yaşayış məntəqələrindən sakinlər köç edir. Salam bildirib ki, Livanın cənubunda davam edən hava və quru əməliyyatlar təhlükəli eskalasiyaya səbəb olur və bölgədə sabitliyə zərbə vurur. O, təcili və real atəşkəsə çağırış edib. […]

Dünya

Türkiyədə yeni dron monitorinq sistemi tətbiq ediləcək

Türkiyə hakimiyyəti daha təhlükəsiz və istismarına nəzarət edilən yeni İHATTYS pilotsuz uçuş aparatı (PUA) monitorinq sistemini tətbiq edəcək. Yeni sistem PUA-ları üç əməliyyat riski kateqoriyasına ayıracaq: “açıq” və “xüsusi” istifadəli, həmçinin “sertifikatlı” dronlar. “Sertifikatlı” dronlara izdihamlı ərazilər üzərindən uçmağa və insanları və ya təhlükəli yükləri daşımağa icazə veriləcək. “Açıq” və “xüsusi” kateqoriyalardakı dron pilotları üçün […]

Dünya

BMT iflas həddinə çatdı – dünya təşkilatı çöküş ərəfəsində

Birləşmiş Millətlər Təşkilatı ciddi maliyyə problemləri ilə üzləşib. xeberde.az  xəbər verir ki, ABŞ və Çinin ödənişlərinin bir hissəsini dondurması və ya gecikdirməsi nəticəsində təşkilatın büdcə kəsiri kəskin şəkildə artıb. Məlumata görə, ABŞ-nin BMT qarşısında borcu 4 milyard dolları ötüb. Vaşinqton təşkilatın xərclərini və fəaliyyətinin səmərəliliyini tənqid edərək BMT-nin bir sıra proqramlarından, eləcə də Ümumdünya Səhiyyə […]

Dünya

32 milyon ağcaqanad təbiətə buraxılır – insanlara fayda verəcəklər

ABŞ-də təhlükəli virusların yayılmasının qarşısını almağa yönəlmiş yeni layihə hazırlanır. xeberde.az xəbər verir ki, “Google”un sahibi olan Alphabet şirkətinin Verily bölməsi denge qızdırması, Zika virusu və sarı qızdırma kimi xəstəliklərin daşıyıcısı olan ağcaqanadların sayını azaltmaq məqsədilə 32 milyon xüsusi yetişdirilmiş erkək ağcaqanadı təbiətə buraxmağı planlaşdırır. Layihəyə əsasən, təbiətə yalnız insanları sancmayan erkək ağcaqanadlar buraxılacaq. Onlar […]