Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər. xeberde.az xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma […]
Day: Aprel 9, 2026
Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır.
Azərbaycan ilə Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin suverenliyi və ərazi bütövlüyünü daim dəstəkləməsi münasibətlərin strateji səviyyəsini təsdiqləyən əsas amillərdən biridir. Bu qarşılıqlı dəstək regional sabitliyin qorunmasına və beynəlxalq arenada mövqelərin gücləndirilməsinə xidmət edir. Cənab Prezident İlham Əliyevin aprelin 6-da Tbilisiyə səfərini, burada Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə keçirilən görüşlərini […]
Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır.
Müasir dövrdə regional əməkdaşlıq və təhlükəsizlik məsələləri dövlətlərarası münasibətlərin əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu baxımdan, tərəflər arasında keçirilən hər bir görüş yalnız ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır, eyni zamanda daha geniş coğrafiyanı əhatə edən strateji məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Belə görüşlərdə regional vəziyyət, təhlükəsizlik, sabitlik və gələcək əməkdaşlıq perspektivləri ətrafında […]
Gürcüstanın dinamik iqtisadi inkişafı göz önündədir.
2026-cı il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın və dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha vurğulayıb. Bu səfər iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyev çıxışında xüsusi olaraq qeyd edib ki, Gürcüstanın […]
Yenidən qardaş Gürcüstanda olmaq mənim üçün böyük şərəfdir
Əvvəlcə Gürcüstanın əziz dostu cənab İlham Əliyevə Gürcüstana səfər etdiyinə görə səmimi təşəkkürümü bildirmək istəyirəm. Onun Gürcüstana gəlişi hamımız üçün xüsusi şərəfdir. Cənab Prezident, Sizi Gürcüstanda qəbul etmək və həm ikitərəfli əməkdaşlığa aid məsələləri, həm də regiondakı cari prosesləri müzakirə etmək imkanından məmnunam. Mən bu fürsətdən istifadə edərək, bütün Gürcüstanın Katolikos Patriarxı, Zati-müqəddəsləri […]
“Azərbaycan Nəşriyyatı”nda işlər başlayır
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti və elektrik materiallarının alınması üzrə satınalma həyata keçirib. xeberde.az xəbər verir ki, satınalmanın qalibi “Direct Line Trading” MMC olub. Məlumata görə, müqavilənin dəyəri 70 000 manat təşkil edir. Satınalma bir mənbə üsulu ilə həyata keçirilib. Müqavilə 6 aprel 2026-cı il tarixindən qüvvəyə minib […]
Atəşkəs elan edilsə də, Fars körfəzi ölkələrinə hücumlar davam edir
ABŞ-la İran arasında atəşkəs barədə razılıq əldə olunsa da, Körfəz ölkələrinə hücumlar davam etməkdədir. xeberde.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, İran tərəfinin Bəhreynə hücumu nəticəsində mülki obyektdə yanğın baş verib. Bəhreynin mülki müdafiə qrupu İranın hücumları nəticəsində zərər çəkmiş ərazidə baş verən yanğını söndürə bilib. Qətər gecə ərzində çoxsaylı hücumlara məruz qalıb və ölkənin Müdafiə […]
Ülviyyə İlyasova həbs olundu
Bakıda qaynının arvadını estetik əməliyyat edərək onun ölümünə səbəb olmaqda ittiham edilən həkim – “AzE Estetik Mərkəz”in direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə proses keçirilib. xeberde.az-ın məlumatına görə, hakim Aqil Musayevin sədrliyi ilə baş tutan iclasda müttəhimin barəsindəki həbs olmayan qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib. Ülviyyə İlyasova […]
Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı
Fövqəladə Hallar Nazirliyində (FHN) Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri polkovnik-leytenant Anar Pirməmmədov vəzifəsinə qaytarılıb. xeberde.Az-ın məlumatına görə, model və bloger Çelsi Baxşıyevanın yaydığı videolarla gündəmə gələn Anar Pirməmmədovun sözügedən hadisəyə görə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən vəzifəsindən uzaqlaşdırıldığı deyilirdi. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, artıq hadisə ilə bağlı araşdırma başa çatdığından […]
6 saylı cəzaçəkmə müəssisəsində yanğın baş verib
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib. Bu barədə xeberde.az-a Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. […]










