Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirləndirilən “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyevə məxsus əmlakların üzərinə həbs qoyulub. xeberde.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı istintaq orqanı tərəfindən verilən təqdimat təmin olunub. Onunla bağlı istintaq dövründə müəyyən edilən əmlakların üzərinə həbs qoyulması barədə qərar çıxarılıb. Qeyd edək ki, bu gün Bakı Ağır […]
Month: Aprel 2026
BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir – Foto
Ötən həftə sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrinin fotolarının montaj və süni intellektlə dəyişdirilərək nalayiq formada paylaşılması ilə bağlı bir nəfər tutulsa da, bu əməllər davam edir. xeberde.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu dəfə naməlum şəxs və ya şəxslər həmin əməllərə görə tutulmuş Fəxri Cəbrayılova dəstək xarakterli paylaşımlar etməkdədir. Belə ki, sosial şəbəkələrdə, […]
Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı
Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb. xeberde.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib. “Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatçılığa görə üzr istəyirik”, – səfirlik qeyd edib.
Masallıda idmançı şəxs qəfil öldü
Masallı rayonunda yerləşən idman kompleksində halı pisləşən şəxs vəfat edib. xeberde.az xəbər verir ki, hadisə fevralın 28-i saat 16 radələrində Masallı İdman Kompleksində qeydə alınıb. Masallı şəhər sakini 1977-ci il təvəllüdlü Səbuhi Abbasov orada idman edərkən özünü pis hiss edib. Xəstəxanaya yerləşdirilmiş S.Abbasov orada ölüb. Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)
Fənn Olimpiadalarının 7 fənn üzrə yarımfinal turu keçirilib
Respublika Fənn Olimpiadalarının (RFO) Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə yarımfinal turu keçirilib. xeberde.az xəbər verir ki, fevralın 28-də Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında baş tutan mərhələdə ümumilikdə 8469 nəfər şagird iştirak edib. Nəticələr martın 11-dən etibarən açıqlanacaq. Qeyd edək ki, […]
Tehran tərk edilir
Tehranın bir çox sakini şəhəri tərk edib. xeberde.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda İranın paytaxtında ərzaq təminatında fasilələr olmasa da, gərginlik hiss olunur. Əhali şəhəri tərk edərək bölgələrə üz tutur.
İranda məktəblər ilin sonunadək bağlı olacaq – NAZİRLİK
Ölkədəki məktəblər ilin sonuna qədər bağlı olacaq. xeberde.az İRNA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin sözçüsü Fərhadi açıqlamasında deyib. O qeyd edib ki, mövcud vəziyyət nəzərə alınmaqla, bütün təhsil səviyyələrində məktəblər ilin sonuna qədər bağlı olacaq və təhsil virtual şəkildə təmin ediləcək. “Bu müddətin uzadılması və ya dəyişdirilməsi ilə bağlı hər hansı yeni qərar rəsmi […]







