Araşdırmalara görə, kasıb insanların hər gün bir yeri ağrıyır. xeberde.az xəbər verir ki, bu barədə beynəlxalq “Social Science & Medicine” elmi jurnalında məqalə dərc olunub. Araşdırma zamanı “Gallup World Poll”un 2009-2018-ci illəri əhatə edən sorğususunun nəticələrindən istifadə edilib. Sorğu ümumilikdə 146 ölkədən olan 1.3 milyon insanı əhatə edib. Araşdırma fiziki ağrı ilə iqtisadiyyatın vəziyyəti arasındakı […]
Month: Aprel 2026
19 yaşlı qız bıçaqlandı – Şübhəli dayısı oğludur
Ağdamın Quzanlı qəsəbəsində 19 yaşlı qız bıçaqlanıb. “xeberde.az” xəbər verir ki, Leyla Cəfərova üzü və sol əlində kəsilmiş yaralarla Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkmiş xəstəxanada bildirib ki, hadisəni törədən şəxs onun dayısı oğludur. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov […]
Vətəndaşlara dəyən maddi zərəri kim qarşılamalıdır?
Son günlər yağan intensiv yağışlar bir çox ərazilərdə ciddi fəsadlara səbəb olub. Yağış suları bəzi evlərə dolaraq əşyaları yararsız hala salıb, eyni zamanda insanlar üçün həyati təhlükə yaradıb. Evlər və avtomobillərlə yanaşı, sahibkarlar və obyekt sahibləri də ciddi ziyanla üzləşiblər. Bəs belə hallarda vətəndaşlara dəyən maddi zərəri kim qarşılamalıdır? Hüquqşünas Ramil Süleymanov xeberde.az-a açıqlamasında bildirib ki, […]
Azərbaycanda insanın klonu patent obyekt kimi qəbul edilməyəcək
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək. xeberde.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Patent haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, insanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilməyəcək.
Küçələr nə zaman kanalizasiya sularından qurtulacaq? – RƏSMİ
Xəbər verdiyimiz kimi, ötən həftə yağan intensiv yağışlar Bakı və Abşeron yarmadasında, eləcə də repsublikanın digər ərazilərində bir sıra çətinliklər yaradıb. xeberde.az xəbər verir ki, normadan artıq yağışlar yağması subasmalara və kanalizasiya sistemlərinin işində ciddi problemlərə yol açıb. Artıq 3 gündür yağıntının dayanmasına baxmayaraq yağışın fəsadları hələ də tam şəkildə aradan qaldırılmayıb. Yaranmış vəziyyət həmçinin Bakıda […]
Xarici saytlardan aldığınız vitaminlərin hamısı… – Valideynlərə XƏBƏRDARLIQ
“Vitamin mövzusu yenə də aktualdır. Yersiz yerə, sadəcə “mən də alım” deyə uşaqlara sintetik vitaminlər alıb verməyin!” xeberde.az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. Onun sözlərinə görə, bu, sadəcə bazarın müştərisi olmaqdır: “Xarici səhifələrdən vitaminlər sifariş edirsiniz və uşağa yaxşı bir şey vermiş hesab edirsiniz. Ancaq o vitaminlər hamısı rəngləndirici və dadlandırıcı qatqı […]
Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur
Martın 31-i səhər saatlarından başlayaraq Azərbaycanlıların Soyqırımının 108-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksi kütləvi şəkildə ziyarət edilir. xeberde.az xəbər verir ki, ziyarətçilər arasında hökumət və dövlət nümayəndələri, Milli Məclisin deputatları, müxtəlif idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın bölgələrindən olan şagird və tələbələr, sıravi vətəndaşlar, eləcə də xarici vətəndaşlar var.Memorial Kompleksdə […]
Azərbaycanda qəzet bağlandı
“Şirvan” qəzeti redaksiyası ləğv olunduğunu elan edib. xeberde.az xəbər verir ki, bu barədə redaksiya elan yayıb. Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini bildirə bilərlər. Qeyd edək ki, “Şirvan” qəzeti redaksiyası 1993-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Məmmədova Könül Tarix qızıdır.
Şəmkirdə qadın dərmandan zəhərlənərək öldü
Şəmkirdə dərmandan zəhərlənən qadın xəstəxanada ölüb. xeberde.az-ın məlumatına görə, rayon sakini 1974-cü il təvəllüdlü Z.Həsənova zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 52 yaşlı qadına yardım edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının hansı səbəbdən dərmandan zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı Şəmkir rayon prokrorluğunda […]
I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin SİYAHISI
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb. Bu barədə xeberde.az-a BŞTİ-dən məlumat verilib. Belə ki, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ) əsasən aparılacaq. Sərbəst formada şagird qəbulu aparılacaq ümumi təhsil müəssisələrinə valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimini birbaşa […]










