Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib. Xeberde.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib. Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib. Qeyd edək ki, M.Abbasov əvvəllər də rüşvətalma ittihamı ilə həbsdə olub. Xeberde.az
Day: Fevral 26, 2026
Zərdabda 5 günlük körpə öldü
Ötən gün Zərdabda 5 günlük körpə Qasımov Alparslan Nurlan oğlu vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə körpənin babası Tahir Qasımov məlumat verib. Onun iddiasına görə, körpənin ölümünə səbəb həkim səhlənkarlığıdır: “Uşaqda sarılıq əlamətləri var idi. Zərdab Rayon Mərkəzi Xəstəxanasına apardıq, lakin orada ona səhv diaqnoz qoyuldu. Nəticədə səhhəti ağırlaşdı. Onu Bakıda xəstəxanaya çatdırsaq da, həkimlərin […]
Ramiz Əzizbəylinin kürəkəni dələduzluqda ittiham olunur
Özünü mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən Rüfət Qasımzadə vətəndaşa qarşı dələduzluqda ittiham olunur. xeberde.az xəbər verir ki, bu barədə Elşən Mahmudbəyli sosial şəbəkə hesabında videomüraciət yayıb. O, Rüfət Qasımzadə, Boran Qasımzadə, Məmməd Məmməzadə adlı şəxslərlə birlikdə qızıl biznesi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxslər ondan 50 min dollar alaraq vədlər veriblər: “Bir müddət sonra verilən vədlərin yalan olduğu məlum olub. Rüfət Qasımzadə mənə bildirib […]
Sabunçuda yeni məktəb binası tikiləcək
Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 68 nömrəli tam orta məktəbdə tikinti işləri aparılacaq. xeberde.az xəbər verir ki, “Təhsilin İnkişafı Fondu” Publik Hüquqi Şəxsi tərəfindən elan edilmiş tender müsabiqəsi çərçivəsində mövcud məktəb binasının sökülərək yerində 528 şagird yerlik yeni binanın tikintisi başlanacaq. Layihənin icrası üçün 1 308 688,28 (bir milyon üç yüz səkkiz min altı yüz səksən […]
Sosial şəbəkədə əxlaqsız ifadələr səsləndirən 6 nəfər SAXLANILDI
Müasir dövrdə rəqəmsal transformasiya yalnız texnoloji yenilikləri deyil, həm də virtual mühitdə yeni davranış modellərini formalaşdırır. Son dövrlərdə ictimai xadimlər, vətəndaş cəmiyyətinin fəal üzvləri və müvafiq dövlət strukturları tərəfindən internet informasiya ehtiyatlarında cəmiyyətdə qəbul edilmiş birgə yaşayış qaydalarına və etik davranış standartlarına sadiqlik nümayiş etdirilməsinin vacibliyi geniş təbliğ edilməkdədir. Lakin təəssüflə qeyd olunmalıdır ki, bu sistemli […]
Nazir müavinləri vəzifəsindən azad olunublar – SƏRƏNCAM
Fövqəladə hallar nazirinin müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyev vəzifələrindən azad olunublar. xeberde.a-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, sözügedən generalların yerinə təyinat olunsa da, nazirliyin rəsmi internet səhifəsinin rəhbərlik bölməsində dəyişiklik edilməmişdi. Cəbrayıl Eldar oğlu Xanlarov Orucəli Hacıyevi əvəz edib. O bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi. Bundan […]
“Yeni Nostradamus” ABŞ-İran hərbi toqquşması üçün tarix açıqladı
Özünü “yeni Nostradamus” adlandıran Britaniyalı ekstrasens Kreyq Hamilton-Parker 2026-cı ilin mart ayında ABŞ və İran arasında hədəflənmiş müharibənin başlaya biləcəyini iddia edib. “xeberde.az” xəbər verir ki, bu iddia Vaşinqtonun Yaxın Şərqə təyyarədaşıyan gəmilər və qırıcı təyyarələr göndərməsi ilə yenidən güclənib. Hər iki tərəfin artan hərbi fəaliyyəti və sərt açıqlamaları toqquşma ehtimalını artırıb. Bununla belə Hamilton-Parkerin […]
Bu 5 avtomobili almağı yaxınlarınıza da tövsiyə etməyin – SƏBƏB
Onları təmir etmək çox vaxt başağrısına çevrilir və təkcə hissələrin bahalığı səbəbindən deyil. Keçmiş avtomobil mexaniki Kris Payl karyerası ərzində bütün əsas istehsalçıların avtomobilləri üzərində işləyib. Bəzilərini hətta emalatxanalarda belə təmir etmək çətindir. xeberde.az xəbər verir ki, o, ailəsinə heç vaxt tövsiyə etməyəcəyi beş brendin adını çəkib. Almaqdan vaz keçəmli olduğunuz 5 avtomobil brendi Kris […]
Moskvada ən hündür müqəvva yandırıldı
Moskva şəhərində “Maslenitsa” bayramı zamanı ən böyük ölçülü müqəvva formasında konstruksiya yandırılıb. xeberde.az xəbər verir ki, bu barədə Rusiya Mədəniyyət Nazirliyinin mətbuat xidməti “Mах” mesencerində məlumat yayıb. Tədbir paytaxtdakı Qorki Leninskiye muzey-qoruğunda keçirilib. “Konstruksiyanın hündürlüyü 25.2 metr təşkil edib ki, bu da beşmərtəbəli binadan hündürdür”, – deyə məlumatda vurğulanır. Qurumdan bildirilib ki, konstruksiyanın hazırlanmasında 800 […]
İrandakı son etirazlarda 20-dən çox tələbə həlak olub
“İrandakı son etiraz aksiyalarının qurbanı beş müəllim və 22 tələbə olub”. xeberde.az xəbər verir ki, bu barədə İran Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Sadeqi bildirib. Qeyd edilir ki, İranda yanvar aksiyaları iştirakçılarının ölümünün qırxıncı gününə təsadüf edən yeni kütləvi tələbə etirazları dalğası başlayıb. Bu barədə İran Milli Müqavimət Şurası (NCRI) məlumat yayıb. Xatırladaq […]










