1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, […]
Month: Fevral 2026
“Bakı əməliyyatı”
“Bakı əməliyyatı”na rəhbərlik birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin və SSRİ DTK sədrinin müavini Filip Babkov tərəfindən həyata keçirilirdi. Əməliyyatın hazırlanması və icrası zamanı beynəlxalq hüquq normaları və insan haqları kobud şəkildə pozulmuşdur. Tətbiq edilən fövqəladə vəziyyət haqqında əhali əvvəlcədən xəbərdar edilməmiş, bu isə dinc insanların təhlükəsizliyini tamamilə […]
Məkrli niyyətlərin ifşası.
Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixində 20 Yanvar faciəsi qanla yazılmış, milli iradənin sarsılmazlığını nümayiş etdirən şanlı səhifələrdən biri sayılır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının hərbi-siyasi rəhbərliyi tərəfindən Bakıda və respublikanın bir sıra bölgələrində dinc əhaliyə qarşı törədilən kütləvi qırğın, əslində, xalqın azadlıq istəyini boğmağa yönəlmiş məkrli niyyətlərin açıq təzahürü […]
İnsanlıq əleyhinə öncədən planlaşdırılmış cinayət.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələrinin və zirehli texnikasının Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridilməsi nəticəsində beynəlxalq hüquq normaları kobudcasına pozulmuşdur. Həmin tarixdə öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə cinayət törədilib. Sovet qoşunlarının təcavüzü nəticəsində yaşından, cinsindən və milliyyətindən […]
Şeyxülislam və dini konfessiya rəhbərləri Şəhidlər xiyabanında – Fotolar
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsinin ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər. xeberde.az bildirir ki, ziyarət zamanı şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Bakı-Vaşinqton münasibətlərini POZMAQ CƏHDİ – Konqresmen belə FAŞ oldu
Xəbər verdiyimiz kimi, amerikalı konqresmen, anti-Azərbaycan mövqeyi ilə seçilən Frenk Pallone X sosial şəbəkəsində Azərbaycanın dörd erməni məhkumu Ermənistana təhvil verməsinə qərəzli münasibət bildirib. Pallone Azərbaycana qarşı dövləti cinayətləri məhkəmə vasitəsilə sübut edilən məhkumların “əsirlikdə saxlanıldığını”, onların vətənə qayıtmasından guya məmnunluğunu ifadə edib. O, guya hələ də “əsirlikdə saxlanılan” şəxslərin olduğunu deyib, Dövlət Departamentini onların […]
Danimarka ABŞ ilə müharibəyə hazırlaşır
Danimarka Qrenlandiya adasını ABŞ-dən müdafiə etmək üçün hərbi qüvvələrini artırır. xeberde.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Donald Trampın təhdidləri fonunda Danimarka adada yerləşən Nuuk və Kangerlussuaq hərbi bazalarına 118 əlavə hərbçi yerləşdirib. Bundan başqa, ordunun Baş Qərargah rəisi də Qrenlandiyaya gəlib. Qarşıdakı günlərdə də adaya əlavə Danimarka hərbçilərinin gönədriləcəyi anons edilib. Xatırladaq ki, Tramp […]
ADY rəhbərliyi Şəhidlər xiyabanında – FOTOLAR
ADY rəhbərliyi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. xeberde.az xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzülüb, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qarlı yollarda texnika niyə çatışmır?- “Azəravtoyol” aydınlıq gətirdi
Güclü qar yağışı Lerik rayonunda ciddi fəsadlar yaradıb, bir sıra kəndlərin rayon mərkəzi ilə əlaqəsində problemlər var. Lerik şəhərində qarın hündürlüyü 1 m-ə yaxın, dağlıq kəndlərdə 1.2-1.4 m-ə qədər çatır. Lerik-Lənkəran yolunun daim işlək saxlanılması üçün 52 saylı Lerik yol istismar MMC-nin ağır texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub. Texnika çatışmazlığı səbəbindən kəndlərin əksəriyyətini […]
Xarici Kəşfiyyat Xidməti: Ermənistan-Azərbaycan müharibəsi gözlənilmir
Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidməti 2026-cı il üçün xarici risklər haqqında illik hesabatını dərc edib. xeberde.az xəbər verir ki, Xarici Kəşfiyyat Xidmətinin illik hesabatına görə, 2026-cı ildə Ermənistanla Azərbaycan arasında hərbi eskalasiya demək olar ki, gözlənilmir. Qeyd edilib ki, eskalasiya ehtimalı Vaşinqton razılaşmaları və hər iki tərəfin 8 avqust 2025-ci ildə sülh müqaviləsini paraflaması nəticəsində əhəmiyyətli […]










