Moldovanın Miqrasiya Xidməti ölkə ərazisindən 25 yaşlı Azərbaycan vətəndaşını çıxarıb. Onun Moldovaya girişi beş il müddətinə qadağan edilib. Moldova KİV-lərinin məlumatına görə, baş verən hadisə Yeni il gecəsi Kişinyovdakı Böyük Milli Məclis meydanında təşkil olunan mədəni tədbir zamanı baş verib. Azərbaycan vətəndaşı kütlənin üzərinə fişəng ataraq insanların həyatını təhlükəyə atıb. Moldova polisi şübhəli şəxsi müəyyən edib […]
Month: Fevral 2026
Bakıda velosipedçilər üçün yeni svetofor bölmələri quraşdırıldı – qanun nə deyir, sürücülər nə bilməlidir?
Bakıda velosiped və kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edənlərin təhlükəsizliyinin artırılması istiqamətində mühüm addım atılıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumatına görə, paytaxtın 47 yolayrıcında mövcud svetoforlara ümumilikdə 115 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib. Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan bu bölmələr mikromobilliyin inkişafına, velosipedçilərin yolayrıclarında daha təhlükəsiz və nizamlı […]
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş və əhatəli müsahibə ölkənin son bir ildə keçdiyi yolun, formalaşan yeni siyasi reallıqların və qarşıdakı dövr üçün müəyyən edilən strateji hədəflərin dolğun mənzərəsini ortaya qoydu. Dövlət başçısı müsahibə zamanı 2025-ci ilin yekunlarını dəyərləndirərək vurğuladı ki, ötən il Azərbaycan üçün təkcə təqvim baxımından deyil, tarixi məzmununa görə […]
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur.
Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ötən ilin tarixi il olduğunu vurğulayaraq qeyd edib ki, məhz 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu. Dövlət başçısı eyni zamanda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaranmasının, Zəngəzur dəhlizininn açılmasının reallaşacağını inamla bildirib. Müsahibəsində Azərbaycan Prezidenti ötən il ölkəmizdə bir […]
Bakıda bu məktəbin müəllim və şagirdlərini POLİS QORUYACAQ
Bakının 132-134 saylı Təhsil Kompleksində Daxili İşlər Nazirliyinin (DİN) mühafizə xidməti fəaliyyətə başlayıb. Xidmət məktəbin müraciəti əsasında DİN-in Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşlarından ibarət heyət tərəfindən təşkil olunub. Mühafizə xidməti məktəbin ərazisinin qorunması ilə yanaşı, şagirdlər və müəllim kollektivi üçün təhlükəsizliyin təmin edilməsinə yönəldilib. Xidmət qanunla müəyyən olunmuş müqavilə əsasında həyata keçirilir və DİN-in əməkdaşları […]
Oğrular mürəbbə yeyib evi yandırdılar -Fotolar
Bu gün səhər saatlarında Lənkəranda ikimərtəbəli yaşayış evində yanğın hadisəsi baş verib. Hadisə rayonun Göyşaban kəndində kənd sakini Şamil Həsənağa oğlu Qurbanova məxsus 2 mərtəbəli, 8 otaqlı evdə qeydə alınıb. Hadisə yerinə FHN-in Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb. Ev […]
Salyanda azyaşlı qızdırmadan ÖLDÜ
Azərbaycanda azyaşlı qızdırmadan ölüb. Hadisə Salyan rayonunda qeydə alınıb. Salyan şəhər sakini, 2015-ci il təvəllüdlü Elcan Səfər oğlu Nəcəfov yaşadığı evdən yüksək qızdırma səbəbindən xəstəxanaya gətirilib və orada ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
İranın 5 manatlıq kərə yağları – Bakıda zəhər satılır? SOS
Azərbaycanda kərə yağı bazarı uzun illərdir ki, istehlakçı narazılıqlarının əsas mövzularından biri olaraq qalır. Bahalı qiymətlər fonunda keyfiyyətə dair suallar getdikcə daha çox səslənir. Alıcılar mağaza rəflərində təqdim olunan məhsulların qiymətinin cibə ağır gəldiyini desələr də, bu məbləğin real kərə yağına uyğun olub-olmadığına əmin deyillər. Xüsusilə son dövrlər bazara müxtəlif ölkələrdən, o cümlədən İrandan gətirilən […]
Ramiz Mehdiyevin kürəkəninin adı iki azyaşlı qızın oğurlanması cinayətində hallanır
“Mənim iki azyaşlı qızımın qanının batmasına imkan verməyin. Hamı bilir ki, qızlarımın oğurlanması və bu günə qədər cinayətin üstünün açılmaması birbaşa Ramiz Mehdiyevin adı ilə bağlıdır”. Bu sözləri Musavat.com-a Şabran rayonunun Dağbilici kənd sakini Zamir Məcidov deyib. O bildirib ki, övladları – 15 yaşlı Nailə və 8 yaşlı Reyhanə Məcidovalar oğurlandıqdan sonra baş verən hadisələr bu […]
Qazaxda partlayış: Xəsarət alan var – VİDEO
Qazax şəhərində yerləşən fərdi yaşayış evində baş verən partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Bu barədə xeberde.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, ilkin ehtimala görə, yanğınla müşayiət olunmayan partlayışı qaz sızması nəticəsində baş verib. Partlayış nəticəsində evə ciddi ziyan dəyib. FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar […]










