Bakının 132-134 saylı Təhsil Kompleksində Daxili İşlər Nazirliyinin (DİN) mühafizə xidməti fəaliyyətə başlayıb. Xidmət məktəbin müraciəti əsasında DİN-in Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşlarından ibarət heyət tərəfindən təşkil olunub. Mühafizə xidməti məktəbin ərazisinin qorunması ilə yanaşı, şagirdlər və müəllim kollektivi üçün təhlükəsizliyin təmin edilməsinə yönəldilib. Xidmət qanunla müəyyən olunmuş müqavilə əsasında həyata keçirilir və DİN-in əməkdaşları […]
Day: Mart 12, 2026
Oğrular mürəbbə yeyib evi yandırdılar -Fotolar
Bu gün səhər saatlarında Lənkəranda ikimərtəbəli yaşayış evində yanğın hadisəsi baş verib. Hadisə rayonun Göyşaban kəndində kənd sakini Şamil Həsənağa oğlu Qurbanova məxsus 2 mərtəbəli, 8 otaqlı evdə qeydə alınıb. Hadisə yerinə FHN-in Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb. Ev […]
Salyanda azyaşlı qızdırmadan ÖLDÜ
Azərbaycanda azyaşlı qızdırmadan ölüb. Hadisə Salyan rayonunda qeydə alınıb. Salyan şəhər sakini, 2015-ci il təvəllüdlü Elcan Səfər oğlu Nəcəfov yaşadığı evdən yüksək qızdırma səbəbindən xəstəxanaya gətirilib və orada ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
İranın 5 manatlıq kərə yağları – Bakıda zəhər satılır? SOS
Azərbaycanda kərə yağı bazarı uzun illərdir ki, istehlakçı narazılıqlarının əsas mövzularından biri olaraq qalır. Bahalı qiymətlər fonunda keyfiyyətə dair suallar getdikcə daha çox səslənir. Alıcılar mağaza rəflərində təqdim olunan məhsulların qiymətinin cibə ağır gəldiyini desələr də, bu məbləğin real kərə yağına uyğun olub-olmadığına əmin deyillər. Xüsusilə son dövrlər bazara müxtəlif ölkələrdən, o cümlədən İrandan gətirilən […]
Ramiz Mehdiyevin kürəkəninin adı iki azyaşlı qızın oğurlanması cinayətində hallanır
“Mənim iki azyaşlı qızımın qanının batmasına imkan verməyin. Hamı bilir ki, qızlarımın oğurlanması və bu günə qədər cinayətin üstünün açılmaması birbaşa Ramiz Mehdiyevin adı ilə bağlıdır”. Bu sözləri Musavat.com-a Şabran rayonunun Dağbilici kənd sakini Zamir Məcidov deyib. O bildirib ki, övladları – 15 yaşlı Nailə və 8 yaşlı Reyhanə Məcidovalar oğurlandıqdan sonra baş verən hadisələr bu […]
Qazaxda partlayış: Xəsarət alan var – VİDEO
Qazax şəhərində yerləşən fərdi yaşayış evində baş verən partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Bu barədə xeberde.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, ilkin ehtimala görə, yanğınla müşayiət olunmayan partlayışı qaz sızması nəticəsində baş verib. Partlayış nəticəsində evə ciddi ziyan dəyib. FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar […]
“Ədilin ailəsi ilə düşmənçiliyi var idi” – Öldürülən kürəkənin MƏHKƏMƏSİ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə Bakıda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə şahid ifadəsi ilə davam edib. Şahid kimi dindirilən F. M hadisə baş verən gün evdə olduğunu bildirib: “Mən evdən xəbərsiz çıxıb dükana getdiyimə görə dava oldu. Babam əsəbiləşib […]
Müəllimlərə ŞAD XƏBƏR: Maaşları bu qədər artırılacaq
Son aylar müəllimlərin maaş artımı ilə bağlı gözləntilər yenidən gündəmə gəlib. Maraqlıdır, müəllimlərin əməkhaqqının artırılması gözlənilirmi? Mövzu ilə bağlı xeberde.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, büdcə təşkilatlarında çalışanların, o cümlədən müəllimlərin əməkhaqqına müəyyən əlavələr olunacaq. “Bu istiqamətdə ay ərzində Nazirlər Kabinetinin qərarı və ya Prezidentin sərəncamı ilə dəyişikliklər baş verə bilər”. İqtisadçı qeyd […]
Azərbaycanlı Rusiyada polis əməkdaşını qətlə yetirməkdə ittiham olunur- Foto
Rusiyada Rauf Əliyev adlı Azərbaycan vətəndaşı polis əməkdaşını qətlə yetirməkdə ittiham edilir. xeberde.az xəbər verir ki, hadisə Tver vilayətinin Maksatiha kəndində qeydə alınıb. Rusiyada qanuni əsaslarla işləyən Rauf Əliyev onun kirayə qaldığı mənzilə baş çəkən 2 polis əməkdaşı ilə mübahisə edib. Hadisə zamanı həmyerlimizin 22 yaşlı Andrey adlı polis əməkdaşına bıçaq xəsarətləri yetirərək hadisə yerindən […]
Bakıda Təcili Yardım Stansiyasının həyətindən meyit tapıldı
Bakıda Təcili Yardım Stansiyasının həyətindən meyit tapılıb. Hadisə paytaxtın Səbail rayonu, Ş.Allahverdiyev küçəsində yerləşən 2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində qeydə alınıb. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1968-ci il təvəllüdlü Ruslan Rəşid oğlu Nadirov olması müəyyən edilib. Araşdırmalar aparılır./Lent.az










