2025-ci ilin 9 ayında 72 mindən çox körpə doğulub. xeberde.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ilin yanvar–sentyabr ayları üzrə ölkədə ümumilikdə 72 210 körpə dünyaya gəlib və rəsmi şəkildə qeydiyyata alınıb. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb. Rəqəmlər ilk 9 ayda da oğlan uşaqlarının üstünlük təşkil etdiyini göstərir. Belə ki, qeydiyyata […]
Month: Dekabr 2025
Bakıya gələn ermənilərin adları açıqlandı
2025-ci ilin 21 noyabr tarixində Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycanın paytaxtına səfər edib. xeberde.az xəbər verir ki, Bakıya gələn Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələrinin adları məlum olub. Onlar Yerevan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və hüquq müdafiəçisi Naira Sultanyandır.
Faciəli şəkildə 4 nəfərin həyatını itirməsi ilə bağlı hoteldən açıqlama – FOTO
Ofisiantlar metal konstruksiyalı mexanizmi otelin arxa hissəsindəki tikintidən gətiriblər. xeberde.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında hadisə baş verən “Lake Hotel”in mühafizəçisi Əliağa Həsənov deyib. “Hotelin arxa həyətində tikinti gedirdi. Metal qurğu da orada olub. Ofisiantlar həmin qurğunu hotelin həyətinə gətirirdilər. Hotelin şüşələri silinməli idi, ona görə həmin qurğunu gətirmək istəyirdilər. Ərazidən keçəndə qurğu yüksək gərginlikli […]
Onlayn qumar oynayanlara qarşı əməliyyatlar keçirildi – 14 nəfər həbs edildi
Kiberpolis qanunsuz onlayn qumar oyunlarda aktiv iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xeberde.az-a verilən məlumata görə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində qanunsuz onlayn qumar və mərc platformalarına ölkə ərazisində mövcud olan hüquq qaydalarına zidd olaraq qoşulan istifadəçilər müəyyən ediliblər. “Pinup”, “Mostbet”, “Xbet”, “Chcplay”, “fastloto” və […]
Planşet və velosiped oğurları saxlanıldı
Paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus 2 ədəd planşet oğurlanıb. xeberde.az xəbər verir ki, bu barədə zərərçəkən polis orqanına müraciət edib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 20 yaşlı N.Nağıyeva müəyyən olunaraq saxlanılıb. Abşeron rayonunda isə velosiped oğurlamaqda şübhəli bilinən 35 yaşlı A.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
YAP-ın yubiley tədbirində Veysəloğlu Şirkətlər Qrupu mükafata layiq görüldü
Bakının Nizami rayonunda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33-cü ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin və […]
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü tamam olur. Bu tarix neçə mindən artıq insanı öz sıralarında birləşdirən, milyonlarla təəssübkeşi olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin müstəqillik tarixində əlahiddə siyasi hadisədir. Çünki ulu öndər Heydər Əliyevin yaratdığı YAP müstəqillik illərində Azərbaycan dövlətinin qazandığı bütün uğurların müəllifi olan hazırkı iqtidarın komandasını […]
Siyasətin, hərbi gücün uğurlu nəticəsi
Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında […]
Kəlbəcərin gələcəyi daha gözəl olacaq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə Kəlbəcər şəhərinin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxın ərazi, 17000 nəfər əhali). Şəhərin mərkəzi […]
Kəlbəcərin infrastrukturu yenidən qurulur
Tarixi Zəfərimizdən sonra Prezident İlham Əliyev bildirmişdi ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Erməni işğalından azad olunmuş ərazilərdə dövlət başçımızın birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Bu tədbirlər 2020-ci il noyabrın 25-də işğaldan azad olunmuş Kəlbəcərdə də […]









