Gürcüstanın Qori şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Milli Müdafiə universitetlərinin rəhbər heyətləri arasında üçtərəfli görüş keçirilib. xeberde.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, LEPL – David Ağmaşenebeli adına Milli Müdafiə Akademiyasında keçirilən görüşdə Azərbaycan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin rektorunun Elm və Təhsil üzrə müavini general-mayor Arif Həsənov rəhbərlik edib. Üçtərəfli görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın […]
Month: Dekabr 2025
4 mindən çox şəxs bağça müəllimliyinə imtahan verdi
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə test imtahanı başa çatıb. İmtahanda ümumilikdə 4371 namizəd iştirak edib. xeberde.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələrinin nəticələri idarələrin rəsmi internet saytlarında və sosial şəbəkə hesablarında dərc olunacaq. Keçid balını toplamış və vakansiya seçimi etmiş namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsində namizədlərə […]
Bu müəllimlərin maaşı 35 faiz ARTACAQ
2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesi və müsahibə mərhələsi başa çatıb. Bu barədə xeberde.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki,sertifikasiya imtahanında iştirak edən müəllimlərdən 6628 nəfər 51 və yuxarı bal toplayıb. Qeyd olunan nəticəni göstərən müəllimlərin maaşlarına 35 faiz artım əlavə olunacaq. Bundan əlavə, 11 min 316 nəfər iştirakçı 30–50 bal […]
Həlak olmuş minlərlə hərbçinin meyiti Ukraynaya verildi
Rusiya minlərlə həlak olmuş hərbçinin meyitlərini Ukraynaya qaytarıb. xeberde.az xəbər verir ki, bu barədə Ukrayna tərəfi məlumat yayıb. “Hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert müəssisələri ilə birlikdə yaxın vaxtlarda bütün zəruri ekspertizaları keçirəcək və repatriasiya edilmiş meyitlərin şəxsiyyətini müəyyənləşdirəcək”, – məlumatda qeyd olunub.
Manatı təhlükə gözləyir? – Mərkəzi Bank sədrindən AÇIQLAMA
Yaxın aylar üçün manatı hər hansı ciddi təhlükə gözləmir. xeberde.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə keçirdiyi görüşdə bildirib. Toplantıda iştirak edən iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Mərkəzi Bankın sədri əmin edib ki, manat hələ ki sabit qalacaq və yaxın müddətdə ona hər hansı təhlükə olmaayaacq.
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır. xeberde.az xəbər verir kİ, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Hazırda içməli spirtin (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor […]
DYP-dən qaz balonu ilə işləyən maşınların sürücülərinə xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara xəbərdarlıq edib. xeberde.az xəbər verir ki, xəbərdarlıqda deyilir: “Benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır. Qanunvericiliyə əsasən, bu avadanlıqlar yalnız yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi-tədqiqat institutunun rəyi əsasında və ixtisaslaşmış servislərdə quraşdırıla bilər. Lakin aparılmış təhlillər və son hadisələr göstərir ki, istismar dövründə […]
Şəkər xəstəliyi xərclərini sığorta qarşılyacaq
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdiriləcək. xeberde.az-ın məlumatına görə, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunla nəzərdə tutulan digər vəsaitlər hesabına da həyata keçirilə biləcək. Qüvvədə olan qanuna görə, şəkərli diabet xəstəliyinə tutulmuş […]
Büdcədən televiziyalara ayrılan pulun məbləği AZALIR
Gələn ilin dövlət büdcəsindən media vasitələrinə, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə ayrılan vəsaitin həcmi məlum olub. xeberde.az xəbər verir ki, dövlət büdcəsində bu fəaliyyətin təmin olunması məqsədilə 64,8 milyon manat vəsait nəzərdə tutulub. Qeyd edək ki, bu, […]
Bir sıra məhsullar ƏDV-dən azad edilir
Növbəti il kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrələrə əlçatanlığının artırılması, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təminatının gücləndirilməsi məqsədilə mineral gübrələrlə yanaşı orqanomineral gübrələrin satışının, xammal kimi istifadə edilməsi məqsədilə mineral və orqanomineral gübrələrin idxalının da ƏDV-dən azad edilməsi planlaşdırılır. xeberde.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.










