Cəmiyyət

Hər şey mehriban qonşuluq naminə

       Prezident İlham Əliyev 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibədə deyib ki, bu gün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir. Çinlə vizasız rejimin tətbiq olunması böyük bir irəliləyişdir.  Çin dövləti də bu gün dünyanın ən aparıcı dövlətidir. […]

Cəmiyyət

Mərkəzi Bank “Bakı Kart”la bağlı göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı, “Bakı Kart”ın operatoru – “K Group” MMC-yə münasibətdə təshih tədbirinin tətbiq edilməsi barədə qərar verib. Bu barədə xeberde.az AMB-yə istinadən xəbər verir. AMB tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “K Group” MMC-də təsərrüfat subyektləri ilə hesablaşmaların aparılması, qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təmin edilməsi, Mərkəzi Banka təqdim edilmiş hesabatların düzgünlüyü, informasiya təhlükəsizliyi sahəsindəki […]

Siyasət

“Özümü Ərdəbil və Təbrizdəki kimi hiss edirəm” – Pezeşkian Bakıdan SƏSLƏNDİ

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər. Məsud Pezeşkian Bakıda uzun müddət qala bilməyəcəyini və İranda baş verən faciəli hadisələrə görə geri qayıtmaq məcburiyyətində qaldığını bildirib. Azərbaycanda özünü yad kimi hiss etmədiyini qeyd edən Pezeşkian deyib: “Özümü Ərdəbil və Təbrizdəki kimi hiss edirəm. İnşallah, […]

AKTUAL Araşdırma Cəmiyyət Sosial

Azərbaycanda qadınların ən çox etdirdiyi plastik əməliyyatlar…  

Son illər plastik əməliyyatlara maraq yüksək həddə çatıb. Ən çox da gənc nəsilin müraciət  etdiyi burun estetikası, dodaq dolğusu və bədənşəkilləndirmə kimi prosedurlar dəb halını alıb. Sosial medianın təsiri, ideal görünüş meyarlarının dəyişməsi, psixoloji komplekslər kimi amillər bu cür əməliyyatları gündəmdən düşməyə qoymur. Estetik-plastik cərrah Vaqif Qələndərli xeberde.az saytına deyib ki, dünyada olduğu kimi, Azərbaycanda da eyni […]

İqtisadiyyat

Bu şəxslərə işə gəlməsələr də 6 ay maaş veriləcək – YENİLİK

“Sertifikasiya imtahanından keçə bilməyən tibb işçilərinə 6 ay ərzində maaş veriləcək”. xeberde.az xəbər verir ki, bu sözləri iqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliyi şərh edərkən deyib. Onun sözlərinə görə, mövcud qanunvericiliyin tələblərinə əsasən sertifikasiya imtahanından keçməyən tibb işçisi yenidən 6 ay ərzində hazırlaşıb imtahan verə […]

Kriminal

Avtobusdan düşmək istəyən 3 qadın yıxılaraq xəsarət aldı

Gəncədə 3 sərnişin avtobusdan yıxılaraq xəsarət alıb. xeberde.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Onların dayanacaqda 1 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyən zaman yıxıldıqları bildirilib. Belə ki, 1990-cı il təvəllüdlü Şəhla Tağızadə, 2000-ci il təvəllüdlü Xoşqədəm Nəsibova və 2009-cu il təvəllüdlü Mərvi Hüseynova müxtəlif bədən xəsarəti […]

Hadisə

Nərimanovda dayı bacısı qızını bıçaqlayıb

Bakıda dayı bacısı qızını bıçaqlayıb. xeberde.az xəbər verir ki, hadisə aprelin 26-da Nərimanov rayonunda baş verib. 1992-ci il təvəllüdlü F.Baxışlı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparılıb. Nərimanov RPİ-nin keçirdiyi tədbirlərlə onu bıçaqlayan dayısı saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hadisənin ailədaxili münaqişə zəminində törədildiyi bildirilir.

Cəmiyyət manset Ölkə Sosial

Bakıda yollar niyə çökür? – Səbəbləri və həlli tapıldı

Paytaxtın müxtəlif küçə və prospektlərində müxtəlif vaxtlarda asfalt örtüyünün çökməsi müşahidə olunur. Belə hallar Babək, 8 Noyabr prospektlərində bir neçə dəfə təkrarlanıb. xeberde.az yollarda çökmələrin səbəbini araşdırıb. Əsasən, asfalt örtüyünün çökməsi 6 səbəbdən baş verə bilər. Bu səbəblər arasında yeraltı kommunikasiya xətləri, yolun alt təbəqəsinin düzgün bərkidilməməsi, ağır yük maşınlarının yoldan daimi keçməsi, geoloji səbəblər, zəif […]

Mədəniyyət

Aktyor Möylə Mirzəliyev vəfat edib

Bir müddət öncə əməliyyatdan sonra iflic olub komaya düşən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə “Report”a aktyorun ailəsindən məlumat verilib. Aktyor müalicə olunduğu xəstəxanada vəfat edib. Qeyd edək ki, Möylə Mirzəliyev 24 oktyabr 1959-cu ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olub. 1980-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət […]