Cəmiyyət Ölkə

Sabiq deputatın binasının damında mansard tikilir?

Sabiq deputat Mahir Aslanova məxsus MTK-nın inşa etdiyi binanın damında söküntü işləri aparılır. Söhbət Bakı şəhəri, Mirzə Fətəli Axundov küçəsi 175-177 ünvanlarında yerləşən binadan gedir. Bina “Kəpəz” MTK tərəfindən inşa edilib. xeberde.az “Müsavat”a istinadən xəbər verir ki, bu vəziyytədən sakinlər narazıdır. Sakinlər bildirir ki, binanın damında söküntü işlərinin aparılmasında məqsəd mansard tikilməsinə hazırlıqdır. “Binaların damları […]

Cəmiyyət Sosial

Nəsimidə yerləşən evə pəncərədən daxil olurlar? – AÇIQLAMA

Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 55 ünvanında yaşayan sakinin evinin blokuna əsas giriş qapısının bağlanması və həmin şəxsin mənzilə pəncərədən daxil olması ilə bağlı məlumatlar yayılıb. xeberde.az xəbər verir ki, məsələ ilə bağlı Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi məlumat yayıb. Bildirilib ki, ötən gün bir sıra media orqanlarında əsassız, yoxlanılmamış və ictimaiyyətdə yanlış təsəvvür yaradan […]

Cəmiyyət Sosial

Bu gənclərə təqaüd veriləcək – Prezident pul AYIRDI

Prezident İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb. xeberde.az xəbər verir ki, Sərəncama əsasən adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 98 794 manat məbləğində vəsait ayrılıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində […]

Cəmiyyət manset Sosial

Bu şəxslər 75 yaşadək vəzifədə qalacaqlar

Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə qaldırılması təklif olunur. xeberde.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Həmçinin Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra […]

AKTUAL Araşdırma Dünya Gündəm

Bu ölkədə hepatit A-ya yoluxanların sayı artır – Həkimlər həyəcan təbili çalır

Çexiyalı mütəxəssislər ölkədə hepatit A-ya yoluxanların sayında artım qeydə alıblar.  xeberde.az xəbər verir ki, bu barədə Dövlət İctimai Səhiyyə İnstitutundan məlumat verilib. Bildirlib ki, 2025-ci ildə respublikada yoluxucu sarılıq və “çirkli əllər xəstəliyi” kimi tanınan bu virus xəstəliyinin 320 halı qeydə alınıb. Bu rəqəm 2024-cü ildə hepatit A diaqnozu qoyulanların ümumi sayının yarıdan çoxunu təşkil edir. […]

Gündəm manset Siyasət

Baş nazir yeni qərar imzaladı

Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” Qanununun 4.3-3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, Maliyyə Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin Nazirliyin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiqləyib. xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, büdcədənkənar vəsait dövlətin mülkiyyəti hesab olunur, Nazirliyin sərəncamındadır, onun […]

Cəmiyyət Gündəm Sosial

Bu gündən qadağan edilir

Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında 1 aprel 2025-ci il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minir. Bu barədə xeberde.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, daxili su hövzələrində sənaye məqsədli balıq […]

Gündəm Hadisə Ölkə

Hacı Vəliyev saxlanıldı

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb. xeberde.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun yaxınları verib. H. Vəliyevin dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib. Məlumatı DİN Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev təsdiqləyib. O bildirib ki, Hacı Vəliyev barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb. İstintaq hərəkətləri […]

Dünya Hərbi

Orduya yeni qoşulanlara 43 min dollar ödəniləcək

Çexiya ordusuna yeni qoşulanlar bunun üçün təxminən 43 min dollar birdəfəlik ödəniş alacaqlar. xeberde.az bildirir ki, bu barədə “Idnes” nəşri məlumat verib. Qeyd olunur ki, Çexiya Prezidenti Pyotr Pavelin fərmanına əsasən, orduya yeni qoşulanlar üçün birdəfəlik müavinət 1 milyon kron (43 min dollar – red.) təşkil edəcək – əvvəlki müavinət təxminən 10.800 dollar idi. Hökumət […]

Manşetüstü Mədəniyyət

Xalq artistinin vəziyyəti ağırlaşdı: TƏBİB məlumat yaydı – FOTO

TƏBİB xalq artisti Fəxrəddin Dadaşovla bağlı açıqlama yayıb. xeberde.az xəbər verir ki, urumdan “Unikal”a verilən açıqlama bildirilir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29 mart 2025-ci il, saat 10:30 radələrində Bakı şəhəri, İ. Dadaşov küçəsi 68 ünvanından müraciət daxil olub. Çağırış əsasında hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Müayinə nəticəsində pasiyentin arterial təzyiqi […]