Siyasət

İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri aprelin 24-də başa çatıb. xeberde.az xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.

AKTUAL Dünya manset

Türkiyədə güclü zəlzələ olacaq – Seysmoloqdan PROQNOZ

Türkiyəli seysmoloq Ahmet Ercan bildirib ki, dünən İstanbulda baş verən zəlzələ, yaxın zamanda 7–7,2 bal gücündə daha böyük yeraltı təkanların xəbərçisi ola bilər. Bu barədə türkiyəli seysmoloq RIA Novosti-yə verdiyi müsahibədə bildirib. “Çərşənbə günü baş verən zəlzələ, Trakiya bölgəsində gözlənilən 7–7,2 bal gücündə zəlzələyə bir xəbərdarlıq və ya bir növ hazırlıq məşqidir”,-deyə Ahmet Ercan əlavə […]

Dünya

Putin trilionluq büdcə böhranını etiraf etdi – Rusiyada rekord kəsir

Rusiyada 2025-ci ilin ilk üç ayı ölkə iqtisadiyyatı üçün sarsıdıcı rəqəmlərlə yadda qaldı. Federal büdcədə yaranan nəhəng kəsir rəsmi səviyyədə təsdiqləndi. xeberde.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin yanvar-mart aylarında büdcə kəsirinin 2,2 trilyon rubl təşkil etdiyini açıqlayıb. Dövlət başçısının sözlərinə görə, bu rekord həcmli kəsir əsasən xərclərin 25% artması ilə əlaqədardır. Putin bildirib ki, […]

Hadisə

Azərbaycanda qadın boşqabla ərinin başını yardı

Mingəçevirdə qadın boşqabla ərinin başını yarıb. xeberde.az xəbər verir ki, hadisə Energetiklər yaşayış massivi ərazisindəki evlərdən birində baş verib. Ailədaxili münaqişə və mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü şəhər sakini Ramil Hacıağa oğlu İsmayılovun başına boşqabla ağır xəsarət yetirib. Xəstəxanaya çatdırılan kişiyə alın nahiyəsinə zəruri tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Bölgə Hadisə

Azərbaycanda satılan bu yağlarda bakteriya aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda fəaliyyət göstərən Bərdə Ticarət ASC-yə məxsus bazarda yoxlama keçirib. AQTA-dan xeberde.az-a verilən məlumata görə, baxış zamanı bazarda mənşəyi məlum olmayan süd məhsullarının satışa çıxarıldığı məlum olub. Bildirilib ki, pendir və nehrə yağı məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda uyğunsuzluq – Stafilokok bakteriyası […]

Bölgə

AAYDA mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpüyə baxış keçirəcək

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində mövcud olan 101 metr uzunluğunda olan 4 aşırımlı körpünün dayaqlarını yuyub, nəticədə körpü qəzalı vəziyyətə düşüb. Bunu xeberde.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. “Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 N-li Xüsusi Təyinatlı Yol […]

Dünya Gündəm Hadisə Siyasət

İrəvanda bayrağımızı yandırdılar

İrəvanda revanşist qüvvələrin növbəti təxribat aksiyası baş verib. xeberde.az xəbər verir ki, respublika meydanında toplaşan nümayişçilər Türkiyə və Azərbaycan bayraqlarını yandıraraq növbəti dəfə “sülh” ritorikasının arxasında gizlənən aqressiv niyyətlərini ortaya qoyublar. Bayraq yandırılması kimi təxribatçı addımlar bir daha göstərir ki, Ermənistan cəmiyyətində radikal və revanşist meyllər hələ də güclü olaraq qalır. Hadisə regionda sülh və sabitlik […]

AKTUAL Araşdırma Cəmiyyət

Kanola yağı haqqında gözlənilməz həqiqətlər – DİQQƏTLİ OLUN!

Market rəflərində asanlıqla tapılan kanola yağı haqqında fikir ayrılıqları davam edir. Bəziləri onu sağlam yağ mənbəyi kimi qəbul edir, digərləri isə mümkün sağlamlıq risklərinə görə ondan uzaq durur. Bəs əslində kanola yağı sağlamdırmı? xeberde.az xəbər verir ki, ukraynalı dietoloq Nataliya Samoylenko bu suala cavab verir. Kanola yağı nə dərəcədə faydalıdır? Samoylenkonun sözlərinə görə, günəbaxan yağından […]

İdman

Samir Abasov üzr istədi

Futbol üzrə Azərbaycan kubokunun yarımfinalında “Sabah”a uduzaraq mübarizəni dayandıran “Neftçi”nin baş məşqçisi Samir Abasov oyunsonrası təşkil olunan mətbuat konfransında iştirak edib. xeberde.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb: – Kubokun bütün məsuliyyəti mənim boynumdadır. Qırılmış ümidlərə görə azarkeşlərdən üzr istəyirik. Baxmayaraq ki, komandanı biz yığmamışıq. Bəzi səbəblərə görə qış fasiləsindən də yaxşı yararlana bilmədik, […]

manset Manşetüstü

Podium, yoxsa Milli Məclis? – Gənc deputatların “şəkil həvəsi”

Adətən insanlar, xüsusən də gənclər yeni əyləncə yerlərinə, səyahətə, təbiət qoynuna, toya, idman yarışına və s. gedəndə, oradan müxtəlif fotolar çəkib paylaşırlar. Bu, çoxdan dəb halını alıb və çoxlarının sevincək olmasından, bir növ dost-tanışa “acıq verib”, qürrələnib “baxın hardayam” demək istəyindən irəli gəlir. Kənardan baxanlardan isə kimisi bunu adi, normal hal, kimisə də “görməmişlik” kimi […]