Cənab Prezidentin tapşırığına əsasən, ölkənin bir çox sahələrində olduğu kimi Ədliyyə Nazirliyinin Penitensiar xidmətində də islahatlar rəhbərlik tərəfindən uğurla davam etməkdədir. Sözügedən xidmətin müəssisələrində qarşıya qoyulan işlərin icrası həyata keçirilərkən, qeyd etmək olar ki, 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki cənab Mehman Əliyev, Ədliyyə nazirinin müavini,Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru cənab Mirsaleh Seyidovun etimadını […]
Sosial
Məktəbli formaları dəyişəcək? – Nazir açıqladı
Məktəbli formalarının dəyişməsi Nazirlər Kabinetinin qərarı ilə olur. xeberde.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bununla bağlı qərar yoxdur: “Mərkəzləşmiş formada dəyişiklik nəzərdə tutulmayıb”.
Bu ərazilərdə dövlət hesabına əlavə torpaq ayrılacaq
Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış evləri və ya çoxmənzilli yaşayış binalarının yerləşdiyi torpaq sahələrinə dair tənzimləmələr aparılacaq. xeberde.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini […]
Bu həftə 4 gün iş olmayacaq
Bu həftədən etibarən 4 günlük tətil başlayır. xeberde.az xəbər verir ki, Baş nazirin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün verdiyi Qərarla 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, 21 iyun şənbə günü olsa da, Azərbaycanda iş günü oldu. Bu həftədən etibarən isə 26, 27, 28 (şənbə) və 29 (bazar) […]
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI – BU DA FAKT!
5 tam ali təhsilli, 8 dildə səlis danışan, 178 sertifikatı olan uzman ginekoloq kimi tanınan Turanə Nəsibova-Paşayevanın diplomlarının və sertifikatlarının saxta olduğu barədə sosial şəbəkələrdə iddialar var. Bir neçə sosial şəbəkə istifadəçisi tərəfindən aparılan araşdırmalarda qeyd olunur ki, həkimin diplomları saxtadır, onun tibb təhsilinə dair həqiqi sənədləri yoxdur, o, həm də Azərbaycanda Azərbaycan Dövlət İqtisad […]
Gecikdirilmiş 137 min manatdan çox vəsait işçilərə ödənildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar-may ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 137 176 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Bu barədə xeberde.az-a ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 90 faizə qədəri əməkhaqlarından, […]
“Sumqayıt Hospital”ın həkimi Elçin Yaqubovdan şikayət: “Ayaq vətərlərimi kəsib…”
“Sumqayıt Hospital”da çalışan ortoped-travmatoloq Elçin Yaqubov məni artıq iki ildən çoxdur ki, şikəst vəziyyətə salıb”. Ölkə.Az xəbər verir ki, bu fikirləri Qaynarinfo-ya 1961-ci il təvəllüdlü Quliyeva Püstəxanım Hümbətəli qızı bildirib. Onun sözlərinə görə, əməliyyat İcbari Tibbi Sığorta çərçivəsində aparılsa da, xəstəxana pasiyentin yaxınlarından əlavə olaraq 3500 manat pul alıb. Püstəxanım Quliyeva 18 aprel 2023-cü il […]
“Kontakt Home”, “Baku Electronics”, “İrşad”da alıcını belə aldadırlar… DİQQƏLİ OLUN!
Azərbaycanda elektronika mağazaları şəbəkələrinin üzərinə bütün dünyada olduğu kimi rəsmi zəmanət öhtəliyi qoyulmur.Ona görə də elektronika mağazalarının fırıldaqları adi hal alıb. Son dövrlər isə şikayətlər durmadan artır. “Kontakt Home”, “Baku Electronics”, “İrşad Electronics”, “Soliton”, “World Telecom”, “Myshops” kimi şəbəkə mağazalarında məhsulun xarab çıxmasından tutmuş, işlənmiş məhsulun yeni adı ilə satılması, kredit fırıldaqları məhz bu səbəbdən […]
Bakının bu ərazisində evlər su qiymətinədir – Bahalaşacaq
Bir çox “makler” Bakının Xətai rayonu NZS qəsəbəsində yerləşən həyət evlərinin su qiymətinə ucuzlaşdığını bildirib. Həmin ərazidə metro çəkilişi olduğuna görə, yaxın gələcəkdə evlərin bahalaşacağı qeyd olunub. Məsələ ilə bağlı xeberde.az-a açıqlama verən daşınmaz əmlak eksperti Elnur Azadovun sözlərinə görə, çəkiləcək yeni metro stansiyası NZS tərəfə düşür, ikinci hissəsi isə “Maşın bazarı” tərəfdə olacaq. Ekspert […]
Paytaxt məktəblərində narkoloji test aparılacaq?
Testin 8-11-ci sinif şagirdləri arasında aparılması təklif olunur – Rusiyada müəllimlər ildə iki dəfə testdən keçir Narkomaniya bütün dünyada əsas problemlərindən biridir. Əbəs yerə “21-ci əsrin bəlası” adlandırılmır. Bu zərərli vərdişlə bağlı maarifləndirmə aparılır, bukletlər paylanılır, videoçarxlar hazırlanır, lakin azalma müşahidə olunmur. O da sirr deyil ki, narkotik istifadəçilərinin yaşı gəncləşib. Mütəxəssis vurğulayır ki, bunun […]










