manset Siyasət

İlham Əliyev Estoniya prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmrakı Alar Karisi Müstəqillik Günü münasibətilə təbrik edib. xeberde.az-ın məlumatına görə, təbrikdə deyilir: “Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. […]

Ölkə Siyasət

Prezident BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasını təsdiqləyib. xeberde.az  xəbər verir ki, Prezident bununla bağlı “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiqi ilə qanunu imzalayıb. Ətraflı Ads […]

Siyasət

Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Bu yaxınlarda təqaüdə göndərilən 43 yaşlı general-leytenant Babək Qurbanov yenidən vəzifəyə gətirilib. xeberde.az-ın məlumatına görə, o, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin köməkçisi təyin edilib. Son olaraq DSX Mərkəzi Aparatının rəisi vəzifəsində çalışan B.Qurbanov səhhəti ilə bağlı hərbi xidmətdən ayrılıb. General bundan sonra fəaliyyətini mülki işçi kimi davam etdirəcək. Qeyd edək ki, B.Qurbanov İkinci […]

Siyasət

Azərbaycan “İnsan orqanlarının alverinə qarşı Konvensiya”ya qoşulur

Azərbaycan Avropa Şurasının (AŞ) “İnsan orqanlarının alverinə qarşı Konvensiya”sına qoşulur. xeberde.az xəbər verir ki, konvensiyanın ratifikasiyası haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilərək bir oxunuşda qəbul olunub. Qeyd edilib ki, AŞ-nin adıçəkilən konvensiyası 25 mart 2015-ci il tarixində Santiaqo-de-Kompostela şəhərində imzalanıb. Sənəd preambula və 33 maddədən ibarətdir. Konvensiyanın məqsədi insan orqanlarının alverinin qarşısının […]

Siyasət

Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri zamanı verdiyi bəyanat iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər Azərbaycan-Serbiya münasibətlərinin təkcə diplomatik çərçivə ilə məhdudlaşmadığını, eyni zamanda real iqtisadi, energetika və investisiya imkanları üzərində qurulduğunu açıq şəkildə göstərdi. Prezident […]

Gündəm Siyasət

Azərbaycanda 3 məşhur general vəzifəsindən azad edilib – FOTO

Fövqəladə Hallar Nazirliyində nazir müavinlərinin tutduqları postlardan uzaqlaşdırıldığı barədə məlumat yayılıb. xeberde.az-ın məlumata görə, müvafiq əmrlə fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər. Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil. Fotoda solda Faiq Tağızadə, ortada Orucəli Hacıyev, sağda Etibar Mirzəyev

Siyasət

Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur”

Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb. Heç bir atışma yoxdur, heç kəs yaralanmır, heç kim qətlə yetirilmir. xeberde.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə səsləndirib. Dövlətimizin başçısı deyib ki, biz artıq Ermənistanla əməkdaşlığa başlamışıq. “Biz yüklərin daşınmasında Azərbaycan ərazisində bütün məhdudiyyətləri aradan […]

Siyasət

Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir

Süni intellekt, “mygov” və kibertəhlükəsizlik Azərbaycan üçün strateji prioritetdir. Prezident İlham Əliyev dövlət idarəçiliyində süni intellektin tətbiqinin genişləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, aparıcı ölkələrdə bu sahədə mühüm nailiyyətlər əldə olunub. Dövlət başçısı qeyd edib ki, inkişaf etmiş ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətində “süni intellekt agentləri” tətbiq edilir və bu sistemlər qərarların düzgünlüyünün qiymətləndirilməsində yardımçı rol […]

Siyasət

Azərbaycan–ABŞ strateji tərəfdaşlığı: yeni geosiyasi mərhələ

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri və bu səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasında münasibətlərin mahiyyət etibarilə yeni mərhələyə daxil olduğunu göstərir. Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər həm siyasi iradənin, həm də artıq formalaşmış praktik əməkdaşlıq modelinin göstəricisidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycana göstərilən müsbət münasibətə […]