Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib. “xeberde.az” həmin paylaşımı təqdim edir:
Siyasət
Prezident Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Rasim Nəsrəddin oğlu Musabəyovu “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. xeberde.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, R.N.Musabəyov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Prezidentdən Həsən Zeynalovla bağlı sərəncam
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Sultan oğlu Zeynalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edillib. xeberde.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birlik ideyasını, dövlətçilik şüurunu və azərbaycançılıq məfkurəsini təcəssüm etdirən ən mühüm bayramlardan biri kimi tarixə düşüb. Bu günün dövlət bayramı kimi qeyd olunması xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün vahid Vətən olduğunu təsdiqləyən mühüm siyasi və ideoloji hadisədir. Qədim və […]
Azərbaycan “Somalilənd”i dövlət kimi tanımayacaq – RƏSMİ
Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Somali Federativ Respublikasının suverenliyini, birliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edir. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Somalidəki son hadisələrlə bağlı bəyanatında bildirilib. “Somali Federativ Respublikasının “Somalilənd” bölgəsinin tanınması beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Nizamnaməsinə ziddir. Azərbaycan beynəlxalq hüququ pozaraq […]
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi
Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. “İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran […]
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
Müasir Azərbaycan dövlətinin tarixində son iyirmi ildən artıq dövr dərin məzmunu, taleyüklü qərarları və dönüş nöqtələri ilə seçilir. Bu mərhələ Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Onun rəhbərliyi dövründə Azərbaycan təkcə sosial-iqtisadi inkişaf mərhələsi keçməyib, eyni zamanda 30 ilə yaxın davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa edib, suverenliyini tam təmin edib və […]
Prezident onlara müraciət ünvanladı
Azərbaycan Prezidenti İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına müraciət ünvanlayıb. xeberde.az-ın məlumatına görə, müraciətdə deyilir: “Hörmətli konqres iştirakçıları! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə məsuliyyətli […]
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə qarşı bəyanat hazırlayır
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. xeberde.az xəbər verir ki, spiker Sahibə Qafarova Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi qərəzli qətnaməyə Milli Məclisin etirazını ifadə edib. Parlamentin bəyanatının hazırlanması üçün komissiya yaradılıb. Birinci vitse-spiker Əli Əhmədov da qətnaməyə etirazını bildirib. Hazırda Avropa Parlamentinin qəbul etdiyi növbəti anti-Azərbaycan qətnaməsinə qarşı çıxışlar davam edir.
Türkiyə məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etmədi
Türkiyə məhkəməsi Azərbaycan Milli Məclisinin keçmiş deputatı Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. xeberde.az xəbər verir ki, bunu onun özü bildirib. G.Hacıbəyli deyib ki, dekabrın 16-da Sülh Cəza Məhkəməsi Çatalca Geri Göndərmə Mərkəzində saxlanılmağı ilə bağlı şikayətinə baxıb: “Məhkəmə mənim şikayətimi təmin etməyib və İdari Məhkəmə qərarına qədər olan müddətdə qapalı şəraitdə, heç bir hüquqi əsasa […]










