İqtisadiyyat manset Siyasət

Əli Əsədov sərəncam imzaladı

Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı təsdiqlənib. xeberde.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncama əsasən, 2025–2030-cu illəri əhatə edən dövrdə Azərbaycanın ali təhsil müəssisələrində ölkənin inkişafı üçün prioritet hesab olunan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili nəzərdə tutulur. Tədbirlər […]

Siyasət

Baş nazirin sabiq müavini Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi böyüyür

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Ramiz Mehdiyev və digərləri barəsində dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub. xeberde.az xəbər verir ki, cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Respublikası baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun […]

Siyasət

Afrika-Azərbaycan Əməkdaşlıq Təşkilatı rəsmən işə başladı

Bakıda Afrika ölkələri ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsini hədəfləyən yeni platformanın təqdimat mərasimi keçirilib. xeberde.az xəbər verir ki, Afrika–Azərbaycan Əməkdaşlıq Təşkilatı (AFAZ) rəsmi olaraq fəaliyyətə başlayıb. Təşkilatın təsisçisi Rena Qafarova bildirib ki, AFAZ 2023-cü ildə yaradılıb və əsas məqsəd Azərbaycan ilə Afrika qitəsindəki 54 ölkə arasında ticarət əlaqələrini genişləndirmək, eyni zamanda mədəni əməkdaşlığı gücləndirməkdir. Onun sözlərinə görə, […]

Siyasət

Ramiz Mehdiyev iki nazirdən çəkinib: “Həmişə sözlərini deyirdilər”

Mənim vəzifədən getməyimə əsas səbəb Eldar Mahmudov (keçmiş milli təhlükəsizlik naziri – müəl.) olub. Daim mənə, ailəmə təzyiq göstərməyə çalışıb. Deyirdi, yaxşı edirəm. Heç Azərbaycan dilində yaxşı bilmirdi, amma böyük iştaha sahib idi. Başlayırdı ki, sənin başına oyun açacağam. Devalvasiyanın səbəbkarlarından biri də o idi. xeberde.az xəbər verir ki, bu sözləri keçmiş maliyyə naziri Əvəz Ələkbərov Modern.az-a […]

Dünya Siyasət

Paşinyan “artsax”ın qapısına “sonuncu qıfılı” vurdu

Separatçıların yerləşdiyi binada axtarış aparılıb; hakimiyyət tör-töküntülərin əl-ayağını yığa biləcəkmi? Ermənistanın “Jogovurd” qəzeti yazıb ki, dekabrın 11-də “artsax nümayəndəliyi”nin binasında axtarış aparılıb. Qəzetin yazdığına görə, İrəvanda Qarabağ separatçılarının nümayəndəliyinin ilin sonuna qədər bağlanacağı və ya müsadirə ediləcəyi ehtimal olunur. Nəşrin məlumatına görə, separatçılar nümayəndəliyin bağlanması ehtimalını, eləcə də mümkün həbsləri istisna etmirlər. Onların sözlərinə görə, […]

manset Siyasət

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı – Sabiq nazir

“Mənim vəzifədən getməyimə əsas səbəb Eldar Mahmudov (keçmiş milli təhlükəsizlik naziri-red.) olub”. Bunu xeberde.az-a müsahibəsində keçmiş maliyyə naziri Əvəz Ələkbərov deyib. “Eldar Mahmudov daim mənə, ailəmə təzyiq göstərməyə çalışıb. Deyirdi, yaxşı edirəm. Heç Azərbaycan dilində yaxşı bilmirdi, amma böyük iştah sahib idi. Başlayırdı ki, sənin başına oyun açacağam. Devalvasiyanın səbəbkarlarından biri də o idi”, – Ə.Ələkbərov əlavə edib.  Keçmiş […]

Siyasət

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb. Xeberde xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan-Keniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Biz […]

Dünya Siyasət

Paşinyan: “Tramp marşrutu”nun tikintisinə 2026-cı ildə başlanılacaq

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) nəqliyyat şəbəkəsinin tikintisinə 2026-cı ildə başlanılacaq. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya rəsmi səfəri zamanı bildirib. “Hazırda biz amerikalı həmkarlarımızla TRIPP nəqliyyat şəbəkəsinin inkişafı layihəsinin ümumi şərtləri ilə bağlı intensiv danışıqlar aparırıq. “TRIPP Company” şirkəti dəmir yolları və avtomobil yollarının, neft və qaz kəmərlərinin, həmçinin […]

Siyasət

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir

Son illərdə Azərbaycanın Avropa ölkələri ilə münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. 2024-cü ildə iki ölkə arasında Strateji Tərəfdaşlığın Qurulmasıhaqqında Birgə Bəyannamə imzalanıb. Bu da əlaqələri yeni səviyyəyə qaldırıb.Azərbaycan-Slovakiya münasibətlərinin yüksək səviyyəyə çatmasında, hər iki ölkə liderlərinin əvəzsiz rolu var. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir.Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin […]

Siyasət

Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir

Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Dövlət başçısı çıxışında bildirdi ki, Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələr və etibarlı strateji tərəfdaşlardır. Keçən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətləri ən yüksək mərhələyə qaldırıb və […]