manset Siyasət

Prezident Xankəndidə Ərdoğanla görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xeberde.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçirildiyini vurğulayıb. Dövlətimizin başçısı Zirvə görüşündə iştirak etdiyinə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib. Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi […]

Siyasət

Sadır Japarovun Azərbaycana səfəri başa çatıb

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb. xeberde.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Sadır Japarovu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.

Gündəm Siyasət

Bakı meriyası Müsavata “YOX” dedi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının iyulun 8-də Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirməklə bağlı müraciətinə cavab verib. xeberde.az-ın xəbərinə görə, meriya mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib. Bildirilib ki, 27 iyun 2025-ci il tarixində Rusiya Federasiyasının Yekaterinburq şəhərində Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən qanunazidd və zorakılıq əməlləri ilə bağlı Azərbaycan Respublikası […]

Siyasət

Ali Məhkəmədən mühüm QƏRAR

Bu gün Azərbaycan Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. xeberde.az xəbər verir ki, iclasda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarının tətbiqi ilə bağlı aparılmış monitorinqin nəticələrinə dair arayış müzakirə edilib. “İnzibati mübahisələrə dair işlər üzrə […]

Siyasət

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr sayəsində nüfuzunu getdikcə artırır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı enerji, nəqliyyat və logistika layihələri yalnız respublikamızın deyil, eyni zamanda demək olar ki, bütün regionun inkişafı və rifahı üçün strateji əhəmiyyət daşıyır.Azərbaycanın xarici siyasətində Mərkəzi […]

manset Siyasət

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür. xeberde.az xəbər verir ki, Leyla […]

Siyasət

Bu ölkə Azərbaycanla Rusiya arasında gərginlik yaradır – Kreml

Ukrayna Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaq üçün hər cür cəhd göstərəcək. xeberde.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Ukrayna indi vəziyyəti qızışdırmaq üçün əllərindən gələni edəcək. Bu, asanlıqla proqnozlaşdırıla bilən haldır,” – deyə Peskov bildirib. Prezidentin mətbuat katibi vurğulayıb ki, Rusiya heç vaxt Azərbaycana hədə-qorxu gəlməyib. Onun sözlərinə görə, […]

manset Siyasət

Qela Vasadze: Rusiya Azərbaycanın müstəqil dövlət kimi güclənməsini istəmir

Rusiya ilə Azərbaycan arasında gərginlik, əslində, 2024-cü ilin dekabrında Rusiyanın Qroznı üzərində Azərbaycana məxsus sərnişin təyyarəsini vurması ilə başlayıb. Hazırda Rusiyanın Yekaterinburq şəhərində baş verənlər bu prosesin davamıdır. xeberde.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Qela Vasadze söyləyib. Onun sözlərinə görə, hadisənin baş verməsinin bir neçə konkret səbəbi var və bu prosesi iki […]

Ölkə Siyasət

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir. xeberde.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib. Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – […]

Dünya Gündəm manset Siyasət

Şahin Şıxlinskiyə idarədə hansı suallar verilib? – Özü danışdı

“İlkin mərhələdə məni saxlayanda kobud rəftar oldu. Bunu da hər kəs gördü. Amma sonrakı istintaq prosesində, idarədə heç bir kobudluqla rastlaşmadım, çox mədəni şəkildə davranıldı”. xeberde.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Ural bölgəsində yaşayan Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski azadlığa çıxdıqdan sonra deyib.  Şiklinski bildirib ki, o, həm Rusiya, həm də Azərbaycan arasında münasibətlərin dostluq və […]