Azərbaycanda həbsdə olan erməni hərbi canilərin yaxınları və nümayəndələri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana, İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin rəhbəri İqnazio Kassisə, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Miryana Spolyariç Egerə məktub göndərib. Musavat.com erməni mediasına istinadla xəbər verir ki, məktubda beynəlxalq humanitar hüquq çərçivəsində “Himayəçi Gücü” mexanizminin aktivləşdirilməsi xahiş olunur. Bu […]
Siyasət
31 Mart – tarixi ədalət uğrunda mübarizənin simvolu
1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr Azərbaycan tarixində ən ağır və faciəli mərhələlərdən biri kimi yadda qalıb. Həmin dövrün mürəkkəb siyasi mənzərəsi, imperiyaların süqutu və hakimiyyət boşluğu regionda gərginliyi daha da artırmışdı. Bu şəraitdə silahlı qruplar tərəfindən həyata keçirilən hücumlar nəticəsində dinc əhali hədəfə alındı, yaşayış məntəqələri dağıdıldı və minlərlə insan həyatını itirdi. Baş […]
Bu qanuna dəyişikliklər qüvvəyə mindi
“Patent haqqında” qanuna beynəlxalq təcrübəyə uyğun olaraq bir sıra yeni anlayışların daxil edilməsi təsdiqlənib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanuna dəyişikliyi imzalayıb. Sənədə əsasən, ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patent alınması üçün iddia ərizəsinin verilməsi, qeydiyyatı, o cümlədən iddia sənədinin ekspertizası üzrə prosedurların asanlaşdırılması nəzərdə tutulur. Qanuna görə ekspertiza müddəti […]
SON DƏQİQƏ: Prezident fərman İMZALADI
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. xeberde.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Saziş 2026-cı il fevralın 16-da Rabat şəhərində imzalanıb. Dövlət başçısının digər Fərmanı ilə 2026-cı il fevralın 17-də […]
Hindistan Azərbaycana təşəkkür etdi
Hindistan İranda olan vətəndaşlarının təhlükəsiz təxliyəsi ilə bağlı Azərbaycana təşəkkür edib. xeberde.az xəbər verir ki, bununla bağlı Hindistanın Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib. “İrandan Hindistan vətəndaşlarının təhlükəsiz tranzitini təmin etdiklərinə görə Azərbaycan hakimiyyətinə səmimi minnətdarlığımızı bildiririk”, paylaşımda deyilir.
Ombudsman Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yaydı – “Sistemli və amansız cinayətlər törədilib”
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb. xeberde.az həmin bəyanatı təqdim edir: “Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb, milli və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetiriliblər. Xüsusilə XX əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən […]
Azərbaycan təhlükəsizlik orqanları 107 – VİDEO
Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü ilə bağlı videoçarx hazırlayıb. xeberde.az həmin videoçarxı təqdim edir.
Çin lideri İlham Əliyevi təbrik etdi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xeberde.az xəbər verir ki, təbrik mətnində deyilir: “Hörmətli cənab Prezident. Bahar bayramı münasibətilə göndərdiyiniz təbrik məktubuna görə Sizə səmimi təşəkkürümü bildirirəm. Çin Hökuməti və xalqı adından Sizi, Azərbaycan Hökumətini və bütün Azərbaycan xalqını ənənəvi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Çin və Azərbaycan hərtərəfli […]
Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonuna səfər edib. Dövlət başçısı Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Azərbaycan–Avropa İttifaqı əlaqələri inkişafın yeni mərhələsində
Azərbaycan dünya enerji bazarında mühüm mövqeyə malik ölkələrdən biri kimi tanınır. Ölkəmiz zəngin enerji resursları və etibarlı tərəfdaş imici ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Bu kontekstdə regionun ən iri enerji təşəbbüslərindən biri olan Cənub Qaz Dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Həmin layihə Xəzər hövzəsinin zəngin təbii qaz ehtiyatlarının beynəlxalq bazarlara, xüsusilə […]










