Bu ilin ilk beş ayında suçiçəyinə 17 min 595 yoluxma halı aşkarlanıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, bu ilin yanvar – may aylarındakı yoluxma ötən ilin müvafiq dövrü il müqayisədə 2 189 nəfər çoxdur. İlin ilk beş ayında suçiçəyinə yoluxanlardan 9 min 190-ı kişi, 8 min 405-i isə qadındır. Xəstəliyə […]
Ölkə
Azərbaycanda bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək
Qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz məktəbli formaları veriləcək. xeberde.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi Bakı Tikiş Evi ilə müqavilə bağlayıb. Müqavilədə 42-48 ölçüdə həm oğlan, həm də qız şagirdlər üçün məktəbli dəstlərinin satın alınması nəzərdə tutulur. Ümumilikdə isə 8 000 dəst məktəbli formasının satın alınması ilə bağlı […]
Qarabağ Universitetində tibb fakültəsi açıldı – RƏSMİ
Yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. xeberde.az xəbər verir ki, bu barədə Universitet məlumat yayıb. “Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan kompetensiyaya əsaslı 6 illik Tibb (müalicə işi) və 4 illik Tibb bacısı (qardaşı) proqramlarının tədrisi həyata keçiriləcək. Tibb və sağlamlıq elmləri fakültəsində Tibb (müalicə işi) […]
Fındıq mafiyası iş başında – bağları məhv edən qiymət təklif edirlər
Quba-Xaçmaz bölgəsində bir neçə gündür ki, kəndlərin divar və dirəklərində eyni məzmunlu elanlar gözə dəyir: “Yaş fındıq 1 manata alınır!” Bu elanlar fındıq becərən kəndlilərdə qəzəb və məyusluq yaradıb. Ötən il yaş fındığın kiloqramının qiyməti 1 manat 50 qəpiyə olub. Bu il isə 1 manat təyin olunub. Fındıq bağları bu bölgədə kəndlilərin əsas dolanlışıq mənbəyidir. […]
Azərbaycan Polisi 107 yaşında
Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir. xeberde.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib. Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – […]
“Bu kanalları yayımlamaq Azərbaycan xalqına hörmətsizlikdir!”
Aparıcı-müğənni Murad Arif Rusiyaya məxsus bəzi televiziya kanallarının Azərbaycanda yayımına qarşı sərt mövqe nümayiş etdirib. O, sosial şəbəkə üzərindən televiziya provayderlərinə açıq çağırış edib. xeberde.az xəbər verir ki, Murad Arifin paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub. O, açıq şəkildə bildirib: “Azərbaycan ərazisində yayımlanan bütün kabel TV-lərə səslənirəm! Çox hörmətli KATV, Ailə TV, CityNet, B&B, Connect, Uninet, […]
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq – 31 iyula kimi vaxtınız var
Miqrasiya xidməti Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib. Bu barədə xeberde.az-a Miqrasiya xidmətindən məlumat verilib. Bildirilib ki, 24 mart 2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazisində olan və COVİD-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab […]
Pezeşkian Xankəndiyə gəlir
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. xeberde.az məlumat verir ki, onun bu ilin iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub. Xatırladaq ki, Prezident İlham Əliyev bu günlərdə iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə dəvət edib.
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edildi
Fikrət Fərrux oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən Fikrət Məmmədov Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
Dünyada hərbi münaqişələrin artdığı bir dönəmdə insanların təhlükəsizliyi üçün görülən tədbirlər də aktuallığını qoruyur. Belə ki, müharibələr, nüvə sızıntıları, kimyəvi silahların tətbiqi, bir sıra təbii fəlakətlər zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün bunker və sığınacaqlardan istifadə edilir. Bu kimi bunkerlərdən biri sovet illərində Bakının Qaradağ rayonunda – Ələt qəsəbəsi yaxınlığında inşa edilib. Hazırda baxımsız və […]










