AKTUAL Bölgə Gündəm Hərbi Ölkə

Ramiz Məlikov dəfn edilib 

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin sabiq rəisi, şair Ramiz Məlikov (Ramiz Duyğun) dəfn edilib. xeberde.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, dostları və Müdafiə Nazirliyinin əməkdaşları iştirak ediblər. Mərasimdə fəxri qarovul tərəfindən yaylım atəşi açılıb. Ramiz Məlikov “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, o, bu gün səhər saatlarında 87 yaşında vəfat edib.

Cəmiyyət Ölkə

Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

İyulun 16-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən xeberde.az-a verilən məlumata görə, Abşeron yarımadasında durğun və qızmar diskomfort hava şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

manset Ölkə Siyasət

Prezidentdən Miqrasiya Xidməti ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən kiçik xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. xeberde.az xəbər verir […]

Cəmiyyət manset Ölkə Sosial

Gələn həftədən bağçalara qəbul başlayır

Gələn həftədən məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) qəbul başlayır. xeberde.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, iyulun 18-si saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, iyulun 25-i saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil […]

Cəmiyyət manset Ölkə

Azərbaycanda bu xəstəliyə yoluxma sayı artdı – RƏSMİ

Bu ilin ilk beş ayında suçiçəyinə 17 min 595 yoluxma halı aşkarlanıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, bu ilin yanvar – may aylarındakı yoluxma ötən ilin müvafiq dövrü il müqayisədə 2 189 nəfər çoxdur. İlin ilk beş ayında suçiçəyinə yoluxanlardan 9 min 190-ı kişi, 8 min 405-i isə qadındır. Xəstəliyə […]

Ölkə Sosial

Azərbaycanda bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək

Qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz məktəbli formaları veriləcək. xeberde.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi Bakı Tikiş Evi ilə müqavilə bağlayıb. Müqavilədə 42-48 ölçüdə həm oğlan, həm də qız şagirdlər üçün məktəbli dəstlərinin satın alınması nəzərdə tutulur. Ümumilikdə isə 8 000 dəst məktəbli formasının satın alınması ilə bağlı […]

manset Ölkə Region Təhsil

Qarabağ Universitetində tibb fakültəsi açıldı – RƏSMİ

Yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. xeberde.az xəbər verir ki, bu barədə Universitet məlumat yayıb. “Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan kompetensiyaya əsaslı 6 illik Tibb (müalicə işi) və 4 illik Tibb bacısı (qardaşı) proqramlarının tədrisi həyata keçiriləcək. Tibb və sağlamlıq elmləri fakültəsində Tibb (müalicə işi) […]

Gündəm Ölkə Region

Fındıq mafiyası iş başında – bağları məhv edən qiymət təklif edirlər

Quba-Xaçmaz bölgəsində bir neçə gündür ki, kəndlərin divar və dirəklərində eyni məzmunlu elanlar gözə dəyir: “Yaş fındıq 1 manata alınır!” Bu elanlar fındıq becərən kəndlilərdə qəzəb və məyusluq yaradıb. Ötən il yaş fındığın kiloqramının qiyməti 1 manat 50 qəpiyə olub. Bu il isə 1 manat təyin olunub. Fındıq bağları bu bölgədə kəndlilərin əsas dolanlışıq mənbəyidir. […]

Ölkə Siyasət

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir. xeberde.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib. Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – […]

manset Ölkə Secme Xeberler Sosial

“Bu kanalları yayımlamaq Azərbaycan xalqına hörmətsizlikdir!”

Aparıcı-müğənni Murad Arif Rusiyaya məxsus bəzi televiziya kanallarının Azərbaycanda yayımına qarşı sərt mövqe nümayiş etdirib. O, sosial şəbəkə üzərindən televiziya provayderlərinə açıq çağırış edib. xeberde.az xəbər verir ki, Murad Arifin paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub. O, açıq şəkildə bildirib: “Azərbaycan ərazisində yayımlanan bütün kabel TV-lərə səslənirəm! Çox hörmətli KATV, Ailə TV, CityNet, B&B, Connect, Uninet, […]