Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasını təsdiqləyib. xeberde.az xəbər verir ki, Prezident bununla bağlı “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiqi ilə qanunu imzalayıb. Ətraflı Ads […]
Ölkə
Deputatdan yerli seriallara sərt tənqid – REAKSİYA
Elxan Cəfərov: “Söyüş olan serialların hamısının səviyyəsi aşağıdır demək olmaz…” Deputat Tənzilə Rüstəmxanlı hafta.az-a müsahibəsində deyib ki, televiziyalarda gedən seriallar başdan-ayağa rəzalətdir və ürək bulandırır: “Mən ad çəkmək istəmirəm, əksəriyyət o vəziyyətdədir. Heç bir mənası yoxdur, söyüşdən başqa heç nə göstərmir, tərbiyəvi əhəmiyyət daşımır. Azərbaycan mədəniyyətini, adətlərini, mənəvi dəyərlərini əks etdirən heç bir şey yoxdur […]
Kamran Əliyev onu hərbi prokuror təyin etdi
Tərtər rayon prokuroru Əli Qurbanov vəzifəsindən azad edilib. Bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayıb. Baş prokurorun digər Əmri ilə Əli Qarbanov Tərtərin hərbi prokuroru təyin edilib. Qeyd edək ki, Tərtər Hərbi prokurorunun səlahiyyət müddəti bu gün başa çatırdı./Qafqazinfo
Qubanın Hacıağalar kəndində yol problemi – Şəhid qardaşı fəryad etdi – FOTOLAR
Quba rayon Rustov kənd inzibati dairəsinin Hacıağalar məntəqəsinin yolları bərbad vəziyyətdədir. Qış aylarında isə kənd sakinləri, məktəbə gedən azyaşlı uşaqlar olmazın əziyyətini çəkirlər. Bu haqda mecra.az-a şikayət edən şəhid Xanlar Məmmədovun qardaşı Mahir Məmmədov yollarının illərdir ki, bərbad vəziyyətdə olduğunu bildirib: “Kəndimiz birinci Qarabağ savaşında üç şəhid verib və onlardan biri də mənim qardaşımdır. Hazırda kəndin […]
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi – Fotolar
Yanvarın 18-də Prezident İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. “Xəbərde” xəbər verir ki, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə […]
Azərbaycan Tarixində öz nüfuzlu izini qoymuş əslən Ağstafalı xanım Mina Abdullayeva kimdir?
Abdullayeva Mina Baba qızı (1929 -2003) — Azərbaycan dövlət və ictimai xadimi, uzun illər dəmir yolu və partiya orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. Mina Abdullayev 1929 -cı ildə yanvar ayının 11 – də Ağstafa şəhərində anadan olmuşdur. Ağstafa şəhər 24 saylı Dəmir yolu orta məktəbini bitirmişdir. 1947-ci ildə Azərbaycan Politexnik İnstitutunun Dəmir yolu nəqliyyatı fakültəsinə daxil […]
Azərbaycan bu qadağanı ARADAN QALDIRDI
Azərbaycan bir sıra ölkələrdən heyvan və quş ətinin gətirilməsinə qoyulan qadağanı aradan qaldırıb. Bu barədə xeberde.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, Monqolustanın Süxbaatar və Dornod vilayətlərində xırdabuynuzlu heyvanların çiçək və nodulyar dermatit xəstəlikləri, Fələstinin Tubas, Hevron əyalətlərində, həmçinin Çinin Quanqsi-Çjuanq muxtar rayonunda dabaq, Slovakiyanın Nitra diyarında isə yüksək patogen quş qripi xəstəliyi aradan […]
Azərbaycan 2026-cı ildə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcək – SİYAHI
Azərbaycan 2026-cı ildə siyasi, iqtisadi, ekoloji və idman sahələrini əhatə edən bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. xeberde.az xəbər verir ki, bu tədbirlər ölkənin beynəlxalq platformalardakı rolunun artdığını və regional mərkəzə çevrildiyini bir daha nümayiş etdirir. Belə ki, bu il Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Forum 17–22 […]
AZAL internet provayder xidməti göstərəcək
“Azərbaycan Hava Yolları” QSC (AZAL) internet provayder xidməti göstərəcək. xeberde.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) AZAL-ı internet provayderi kimi uçota alıb. Beləliklə, AZAL peyk üzərindən yüksək sürətli internet, təkrar satış (pərakəndə internetin təkrar satışı – B2C və ya B2B) xidmətlərini həyata keçirəcək.
Azərbaycanda 20 sentyabrda iş OLMAYACAQ
20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq. xeberde.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilir.










