Quba rayon Rustov kənd inzibati dairəsinin Hacıağalar məntəqəsinin yolları bərbad vəziyyətdədir. Qış aylarında isə kənd sakinləri, məktəbə gedən azyaşlı uşaqlar olmazın əziyyətini çəkirlər. Bu haqda mecra.az-a şikayət edən şəhid Xanlar Məmmədovun qardaşı Mahir Məmmədov yollarının illərdir ki, bərbad vəziyyətdə olduğunu bildirib: “Kəndimiz birinci Qarabağ savaşında üç şəhid verib və onlardan biri də mənim qardaşımdır. Hazırda kəndin […]
Ölkə
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi – Fotolar
Yanvarın 18-də Prezident İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. “Xəbərde” xəbər verir ki, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə […]
Azərbaycan Tarixində öz nüfuzlu izini qoymuş əslən Ağstafalı xanım Mina Abdullayeva kimdir?
Abdullayeva Mina Baba qızı (1929 -2003) — Azərbaycan dövlət və ictimai xadimi, uzun illər dəmir yolu və partiya orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. Mina Abdullayev 1929 -cı ildə yanvar ayının 11 – də Ağstafa şəhərində anadan olmuşdur. Ağstafa şəhər 24 saylı Dəmir yolu orta məktəbini bitirmişdir. 1947-ci ildə Azərbaycan Politexnik İnstitutunun Dəmir yolu nəqliyyatı fakültəsinə daxil […]
Azərbaycan bu qadağanı ARADAN QALDIRDI
Azərbaycan bir sıra ölkələrdən heyvan və quş ətinin gətirilməsinə qoyulan qadağanı aradan qaldırıb. Bu barədə xeberde.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, Monqolustanın Süxbaatar və Dornod vilayətlərində xırdabuynuzlu heyvanların çiçək və nodulyar dermatit xəstəlikləri, Fələstinin Tubas, Hevron əyalətlərində, həmçinin Çinin Quanqsi-Çjuanq muxtar rayonunda dabaq, Slovakiyanın Nitra diyarında isə yüksək patogen quş qripi xəstəliyi aradan […]
Azərbaycan 2026-cı ildə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcək – SİYAHI
Azərbaycan 2026-cı ildə siyasi, iqtisadi, ekoloji və idman sahələrini əhatə edən bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. xeberde.az xəbər verir ki, bu tədbirlər ölkənin beynəlxalq platformalardakı rolunun artdığını və regional mərkəzə çevrildiyini bir daha nümayiş etdirir. Belə ki, bu il Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Forum 17–22 […]
AZAL internet provayder xidməti göstərəcək
“Azərbaycan Hava Yolları” QSC (AZAL) internet provayder xidməti göstərəcək. xeberde.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) AZAL-ı internet provayderi kimi uçota alıb. Beləliklə, AZAL peyk üzərindən yüksək sürətli internet, təkrar satış (pərakəndə internetin təkrar satışı – B2C və ya B2B) xidmətlərini həyata keçirəcək.
Azərbaycanda 20 sentyabrda iş OLMAYACAQ
20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq. xeberde.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilir.
Bu ərazilərə qar yağacaq, 5 dərəcə şaxta olacaq – Sabahın havası
Bakıda dekabrın 2-də havanın çiskinli olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bu barədə xeberde.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi axşam bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz […]
Azərbaycanda rayonlar birləşdiriləcək? – AÇIQLAMA
2026-cı ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edilib. Büdcə ilə bağlı əsas müzakirə obyektinə çevrilən məsələlərdən biri də rayonların optimallaşdırılmasıdır. Qeyd edək ki, son illər struktur dəyişiklikləri nəticəsində ölkədə fəaliyyət göstərən bir neçə dövlət qurumları ləğv edilərək digər quruma birləşdirilib. Hazırda isə rayonlarla bağlı bu istiqamətdə müzakirələr davam edir. Qeyd edilir ki, bu prosesin həyata […]
“Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi”
“1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın-köçkün vəziyyətinə salınmışdı”. xeberde.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı səsləndirib. Xalqımıza qarşı hərbi cinayətlərin, Xocalı soyqırımının törədildiyini, etnik təmizləmə siyasəti aparıldığını […]










