Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 7-də Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşü olub. xeberde.az xəbər verir ki, əvvəlcə dövlət başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill […]
manset
Hərbi Prokurorluqda yeni idarə yaradıldı: Rəis təyin edildi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan struktur islahatları çərçivəsində yeni idarə və şöbələr yaradılıb. xeberde.az-ın əldə etdiyi məlumata görə, islahatlar çərçivəsində Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsi təsis edilib. Baş prokuror Kamran Əliyevin əmri ilə Gəncə hərbi prokuroru ədliyyə polkovniki Şöhrət Qazaxəli oğlu Qəhrəmanov tutduğu vəzifədən azad olunub. Digər əmrlə Ş.Qəhrəmanov Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsinin rəisi […]
Evə telefon çəkdirmək 30 manata başa gələcək – Rəsmi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Kollegiyası telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında qərar qəbul edib. xeberde.az xəbər verir ki, qərarı nazir Rəşad Nəbiyev imzalayıb. Qərara əsasən, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorlarının telefon çəkilişi xidməti ilə bağlı tarif ƏDV daxil olmaqla 30 manat təsdiq edilib. Bu tarifə telefon nömrəsinin verilməsi, habelə […]
Prezident Təminat Fonduna yeni səlahiyyət verilməsini təsdiqlədi
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. xeberde.az xəbər verir ki, dəyişiklik dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur. Bu, Təminat Fondunun yalnız […]
Kredit kartlarına limit qoyuldu – Yeni qaydalar kimlərə şamil edilir?
Ötən həftə Mərkəzi Bank istehlak kredit kartları (kredit xətləri) üzrə borclanmanın daha məsuliyyətli və sağlam şəkildə həyata keçirilməsi məqsədilə tənzimləyici çərçivəni sərtləşdirib. Yeni qərara əsasən kredit xətləri vasitəsilə borclanmanın həddən artıq artmasının qarşısını almaq üçün limitlər tətbiq olunur. Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Sözügedən limit […]
Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirildi
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi – Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. xeberde.az xəbər verir ki, dəyişikliyə […]
Azərbaycanda büdcə qaydası dəyişdi
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. xeberde.az xəbər verir ki, yeniləmiş qanun Azərbaycanda büdcə qaydasının dəyişdirilməsini nəzərdə tutur. Qanun dövlət büdcəsinin icrası ilə bağlı qanun layihələrinə dair Hesablama Palatasının rəyləri nəzərə alınmaqla, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, dövlət büdcəsinin icrası haqqında qanun […]
Azərbaycan qazı bu tarixdən Suriyaya tədarük ediləcək – Nazir
Türkiyə avqustun 2-dən Kilisdən Suriyanın Hələb vilayətinə Azərbaycanın təbii qazını tədarük etməyə başlayacaq. xeberde.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar Anadolu agentliyində görüşdə deyib. “Biz Azərbaycandan gələn təbii qazın Kilis vasitəsilə Hələbə, Suriyaya çatdırılmasına bu şənbə -avqustun 2-dən başlayacağıq”, – nazir qeyd edib. Nazirin sözlərinə görə, gələcəkdə Suriyaya hər il təqribən 2 milyard kubmetr təbii […]
Miras üstündə bir oğlunu ÖLDÜRDÜ, digərini yaraladı – ŞOK GÖRÜNTÜ
Adanada miras davası qanla başa çatıb. Ata mübahisə zəminində iki oğlunu əvvəlcə döyüb, sonra isə onlara silahla atəş açıb. xeberde.az Türkiyə mediasına istinadən xəbər verir ki, açılan atəş nəticəsində onun oğlundan biri həlak olub, digəri isə ağır yaralanıb. Ata həbs edilib. Dəhşətli anların görüntüləri və təhdid mesajları da ortaya çıxıb. Dəhşətli hadisə iyulun 24-də, yerli vaxtla […]
Prezident Lerikdə yol təmirinə pul ayırdı
Lerik rayonunun bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hamarmeşə–Bibiyani Hamarmeşə–Bibiyani avtomobil yolunun əsaslı təmirinə 2 milyon ayrılıb. xeberde.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil […]










